Icma.az
close
up
RU
“İsa Məsihə daha yaxın olmaq” arzusu və ya günahından sallanan çar

“İsa Məsihə daha yaxın olmaq” arzusu və ya günahından sallanan çar

Icma.az, Ayna saytına istinadən bildirir.

Putin üçün həyəcan siqnalı: səmimi xristianların qəzəbi püskürə bilər

Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyanın hərbi-siyasi rəhbərliyi tez-tez qəribə qərarlara və məntiqsiz addımlara əl atır. Lakin bugünlərdə “neonasistlər üzərində son qələbəyə” imkan verəcək görülən tədbirlərlə  absurdluğun apofeozuna çatdılar.

Beləliklə, pravoslav xristianlar üçün Məsihin Mövludu parlaq bayramında ölkənin birinci şəxsi - Prezident Vladimir Putin heç bir mübaliğəsiz küfr addım atdı. O, rus generallarından müqəddəs suya çəkilən, adının baş hərfləri olan döş xaçlarını taxmağı xahiş etdi (oxu: əmr etdi).

Kremlin sözçüsü Dmitri Peskov rəsmi olaraq təsdiqləyib ki, Rusiya Prezidenti Patriarx Kirilldən rus hərbçilərinə veriləcək döş xaçları və ikonalara xeyir-dua verməsini istəyib. Peskovun sözlərinə görə, onları Ukraynaya qarşı işğalçılıq müharibəsində “xüsusilə vacib tapşırıqları yerinə yetirən” qoşun qruplarının komandirləri qəbul edəcək və taxacaqlar.

“Düşünürəm ki, yoldaşlarımız Milad gecəsində bayram ibadəti zamanı Moskva və Bütün Rusiyanın Patriarxı tərəfindən təqdis olunan bu iman simvollarını almaqdan şərəf duyacaqlar. Vladimir Putinin xahişi ilə zəncirlərin xaçlara olan ayrı-ayrı halqalarına onun baş hərfləri həkk olunub”, - deyə Kreml sözçüsü bildirib.

Yeri gəlmişkən, bu, Rusiya Federasiyasının hərbi-siyasi rəhbərliyinin xüsusilə "igid" əsgərlərinə güvənmədən İlahi güclərə müraciət edərək, sanki onları Ukraynadakı müharibə cinayətlərinin ortağı olmağa çağırdığı ilk hal deyil. Yadımdadır ki, hələ 2023-cü ilin mayında Vladimir Putin “Spas Nerukotvornı” obrazına stavka etdi. O, bu ikonanı “Dnepr” qoşun qrupuna təqdim etdi, bundan sonra onun hissələrinə daşınmağa başladı.

“Bu ikona Ali Baş Komandanın “Dnepr” qrupuna təqdim etdiyi ikonadır. Qrupun komandanlığı onu “Dnepr” birlikləri və birləşmələri vasitəsilə dini yürüşə göndərmək qərarına gəldi. Patriarx Kirilin xeyir-duası ilə mən bu ikonu müşayiət edirəm. Biz onu bütün bölmələrə - həm ön, həm də arxa hissələrə, böyük və ya kiçik bölmələrə çatdıracağıq”, - deyə protoierey Vyaçeslav bildirmişdi.

Ancaq Rusiya Federasiyasının rəhbərinin il yarım əvvəl müraciət etdiyi “Spas Nerukotvornı” ikonası hiyləsi hələ də başa düşülə bilərsə, onda xaç zəncirində Prezidentin ad-soyadının baş hərflərini həkk etmək heç cür ağıla sığmır. Ən yaxşı halda, o, meqalomaniya, ən pis halda, adi bir dəlilik hissinə bənzəyir. Baxmayaraq ki, bəzən bu iki anlayış bir-birini uğurla tamamlayır.

Amma belə bir şey gözləmək olardı. Axı, bildiyimiz kimi, çarı onun ətrafı müəyyən edir. Və bu halda onun xidmətində olan məmurlar nə qüvvəsini, nə də qürur qalıqlarını əsirgəyirlər.

Yenə may ayında, lakin bu dəfə, 2022-ci ildə, Rusiyanın Ukraynaya təcavüzünün səhəri gün, Çeçenistanın rəhbəri Ramzan Kadırov, köləlik vəcdəsində müsəlman üçün mümkün olan ən ağır günahı etdi. Qərbin sanksiyalarına toxunan Çeçenistan rəhbəri dedi: “Bu, gülüncdür. Həyat yoldaşım və evli qızlarım heç vaxt siyasətlə məşğul olmayıblar, heç yerdə işləməyiblər, buna baxmayaraq onlara qarşı da sanksiyalar tətbiq ediblər. Biz bunu gülməli gördük. Bu, cəfəngiyatdır. Onlar sadəcə bizi qorxutmaq istəyirlər. Mən Uca Allahın qəzəbindən və ölkə Prezidenti Vladimir Putinin qəzəbindən qorxuram və qalan hər şey cəfəngiyyatdır”.

Yəni o, əslində Uca Tanrını və Putini eyni tərəziyə qoydu. Və buna görə də məşhur bir mahnıdan Vısotskinin sözləri ilə sitat gətirək: “Zürafə səhv etsə belə, günahkar zürafə deyil, budaqlardan qışqıran günahkardır. Çünki, zürafə böyükdür – o, daha yaxşı bilir”.

Lakin metafizika oyunları, xüsusən də heç olmasa, adının baş hərfləri ilə “Məsihə daha yaxın olmaq” istəyi Putinlə qəddar zarafat edə bilər. Axı, məlum olduğu kimi, İsa Məsih qəti şəkildə zorakılığın əleyhinə idi, Rusiya Federasiyasının rəhbəri isə "hərəkət" və müharibə olmadan darıxır. Və yumşaq desək, bu uyğunsuzluq Patriarx Kirill kimi yalançıların, qabyalayanların deyil, əsl pravoslav xristianların şüurunda və qəlbində qəzəb və nifrət doğurmaya bilməz. Belə vəziyyət, öz mənasızlığı və amansızlığı ilə tanınan rus üsyanını yaxınlaşdıra bilər...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://ayna.az
archiveBu xəbər 12 Yanvar 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see502

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see424

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see415

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see308

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see296

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see288

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see288

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see283

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see275

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see272

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see251

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see246

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see241

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see241

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see241

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see240

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see237

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see234

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri