Icma.az
close
up
RU
İsa Qəmbər “KQB” zabiti kimi danışır ANALİZ

İsa Qəmbər “KQB” zabiti kimi danışır ANALİZ

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sovetlər birliyinin qan-qan dediyi vaxtlarda kiminsə müstəqil fikir söyləməsi, razılaşdırmadan addım atması və ya başına adamlar toplayıb siyasi, ictimai təşkilat yaratması qeyri-mümkün idi. Belə xəyallara düşənlər beşikdəcə məhv edilirdilər. Çünki hakimiyyətin söykəndiyi bir ideologiya, həyata keçirdiyi bir siyasət vardı. Kommunist partiyası bütün sovetlər birliyi vətəndaşlarının arxalandığı yeganə siyasi təşkilat hesab olunurdu. Ancaq elə ki, sovetlərin sütunları laxlamağa başladı bəzi şəxslər məqsədyönlü iddialara düşdülər. Bu zaman sovet “KQB”si müəyyən razılaşmalar əsasında onlara müsbət rəy verdi. Beləliklə, sovet respublikalarında, o cümlədən Azərbaycanda ötən əsrin 88-ci illərindən etibarən “KQB”-nin şinelindən çıxan insanlar üzə çıxmağa başladılar. Hansı ki, bu şəxlərin əksəriyyəti düz-əməlli biliyə, savada, əqidəyə malik deyildilər. Lakin xüsusi proqram əsasında onlar insanların arasında nüfuz və hörmət sahiblərinə çevrildilər. Bir qədər sonra ittifaq daxilində sensasiya sayılan hadisə baş verdi- bir neçə nəfər toplaşaraq AXC adlı siyasi təşkilat yaratdılar. Təşkilatın sədri formal olaraq Əbülfəz Elçibəy olsa da, əsas idaredicilər “KQB” məktəbinin sanballı simalarında hesab olunan Müsavatın indiki başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli və digərləri oldu. Sonuncu şəxslər heç bir zaman qalmaqallı proseslərə qatılmır və özləri haqqında mənfi rəyin formalaşmasına imkan vermirdilər. Fikir verin, 1990-cı il yanvarın 20-də Bakı şəhərində sovet ordusu Azərbaycan xalqına qarşı dəhşətli vəhşiliklər törətdi, insanlar öldürüldü, küləvi həbslər həyata keçirldi, ancaq İsa Qəmbər, Əli Kərimli və digərləri zərər görmədilər. 1990-cı il 20 Yanvar qırğını zamanı baş verənlər İsa Qəmbərin DTK-nın gizli agenti olduğuna bir daha təsdiqlədi. Məlumatlara görə, faciənin hazırlanmasında İsa Qəmbər və Əli Kərimli də yaxından iştirak ediblər. Hətta Viktor Polyaniçkonun ideya müəllifliyi ilə yaradılan və İsa Qəmbərin təmsil olunduğu "Gənc alimlər klubu" 20 yanvar faciəsinin törədilməsinə zəmin hazırlayıb. Məlumatlara görə, həmin ilin yanvar ayının ilk ongünlüyündə AXC-nin ilk konfransında parçalanma yaradan, nəticədə radikal qanadın Müdafiə Şurası yaratmasına nail olan "Gənc alimlər klubu" baş verəcəkləri izləmək üçün fəaliyyətini arxa plana çəkib.Qırğın törədildikdən sonra əli Kərimli və İsa Qəmçbər yoxa çıxdılar. Sonradan məlum oldu ki, “KQB” onların daha təhlükəsiz yer də gizlənmələrini təmin edib Meydan hərəkatının üzvlərindən olan Zərdüşt Əlizadənin sözlərinə görə, İsa Qəmbəri qoruyanlardan biri Yanvar qırğınının əsas təşkilatçılarından olan Yevgeni Primakov olub. Yanvar hadisələrindən öncə Primakov Əbülfəz Elçibəyi və İsa Qəmbəri qəbul edib: “Görüşdə Primakov bildirib ki, hazırki şəraitdə xalqı küçəyə çıxarmayın. İsa Qəmbər də deyib ki, "dinc nümayişlər xalqın konstitusion hüququdur”.

Məlumatlara görə, 20 yanvar faciəsindən bir gün öncə AXC-nin fəallarına divan tutulması müzakirə olunarkən, Viktor Polyaniçko İsa Qəmbər haqqında "İsa Kambar naş çelovek!" deyib və daha sonra onun qorunmasını təmin edib. Əslində, Viktor Polyaniçkonun yaratdığı "Gənc alimlər klubu"nda "parlayan" İsa Qəmbərin xidmətləri qarşılığında qorunması gözlənilən idi. Azərbaycan xalqı 20 yanvar faciəsinin hüznlü günlərini yaşadığı zaman İsa Qəmbər və Əli Kərimli müxtəlif qonaqlıqlarda kef çəkirdilər. Bir qədər sonra isə onlar meydana çıxıb, heç nə olmamış kimi siyasi bəyanatlarla çıxış etdilər, özlərinə reytinq qazandırmaq üçün pafoslu bəyanatlar səsləndirdilər. Nəticə onlar üçün uğurlu oldu. AXC yenidən formalaşan zaman İsa Qəmbər, Əli Kərimli və digərləri siyasi təşkilatın əsas aparıcı şəxsləri seçildilər. Bu cür xüsusi statuslar AXC-nin 1992-ci ildə hakimiyyəti zor gücünə zəbt edən zaman işlərinə yaradı. Beləliklə İsa Qəmbər parlamentin sədri, Əli Kərimli isə dövlət katibi oldular. Faktiki bu iki şəxs ölkənin idarə edilməsini həyata keçirən şəxslər idilər. Heç zaman bu şəxslər Elçibəyi prezident olaraq qəbul etmirdilər, özləri istəklərinə uyğun qərarlar verir və addımlar atırdılar.

“Azərbaycan Xalq Cəbhəsinin liderlərinin çoxu “KQB” ilə birbaşa əməkdaşlıq edirdilər”

İsa Qəmbər Elçibəyin əsas silahdaşı olduğunu bildirdiyi halda parlament sədriliyinin 5-ci ayında Müsavat adlı partiya yaratdığını elan etdi. Təbii ki, Müsavatın yaradılması səbəbsiz deyildi, “KQB” belə istəmişdi. Eyni siyasi, ideoloji məfkurəni bölüşdüklərini elan edən şəxslər bir-birinə necə müxalifətdə ola bilərlər? Digər tərəfdən onlar eyni komandada təmsil olunurdular. Deməli, deyilənlər və yazılanlara əsaslıdır- İsa Qəmbər “KQB” agentidir. Bu gün də öz vəzifəsini və ötən əsrin 88-ci ilində üzərinə götürdüyü öhdəliyi “ləyaqətlə” yerinə yetirir. Nəzərə almaq lazımdır ki, Əli Kərimlinin, İsa Qəmbərin tərcümeyi-halına hərtərəfli bələd olan Azərbaycan SSR “KQB”-sinin keçmiş rəhbəri Vaqif Hüseynovun milli-azadlıq hərəkatının başlaması və tarixi ilə bağlı xatirələrində AXC-nin Moskvanın razılığı ilə yaradıldığını bildirmişdir. O dövrün hadisələrinin iştirakçısı olmuş Ayaz Mütəllibov Azərbaycan mətbuatına verdiyi açıqlamasında Vaqif Hüseynovun AXC ilə bağlı fikirlərinin əsaslı olduğunu söyləmişdir. A.Mütəllibov bildirmişdir ki, M.Qorbaçov yenidənqurması dövründə qeyri-formal siyasi təşkilatlar, bu dalğa üzərində isə keçmiş SSRİ-nin bir çox yerlərində, o cümlədən də Azərbaycanda Xalq Cəbhəsi yaradılmağa başlanmışdı: "Bütün SSRİ-də olduğu kimi, Azərbaycanda da Xalq Cəbhəsi ozamankı sovet DTK-sı tərəfindən ciddi nəzarətdə saxlanılırdı. Bundan başqa, Azərbaycan Xalq Cəbhəsinin liderlərinin çoxu “KQB” ilə birbaşa əməkdaşlıq edirdilər. İndi Xalq Cəbhəsinin bəzi liderlərinin bu təşkilatın Azərbaycandakı milli-azadlıq hərəkatı nəticəsində yarandığını deməsi məndə, sadəcə olaraq, gülüş doğurur. Çünki Sovet İttifaqında heç bir təşkilat, illah da qeyri-formal, yarımgizli təşkilat SSRİ “KQB”-sinin bilavasitə iştirakı və icazəsi olmadan yaradıla bilməzdi və bu adamlar yuxarıdan razılıq olmadan heç bir müstəqil addım ata bilməzdilər. Mən bunu Xalq Cəbhəsi liderlərinə də dəfələrlə demişdim ki, əgər ermənilər bizə qarşı artıq bir cəbhə açıblarsa, onda ikinci cəbhəni yaratmaq nəyə və kimə lazımdır, biz bu cəbhəni kimə qarşı yaradırıq. Mən Xalq Cəbhəsi liderlərinə təklif etdim ki, gəlin, ermənilərə qarşı vahid bir cəbhədə birləşək. Lakin Qarabağ məsələsi onları qətiyyən maraqlandırmırdı, onlar yalnız hakimiyyətə gəlmək ehtirası ilə alışıb yanırdılar. Onlar Azərbaycanda vəziyyəti gərginləşdirmək üçün əllərindən gələni edirdilər".

SSRİ “KQB”-sinin keçmiş sədri Vladimir Kryuçkov sərhədləri dağıdan AXC liderlərinin həbs edilməsinə qadağa qoymuşdur

A.Mütəllibov onu da bildirmişdir ki, SSRİ “KQB”-sinin keçmiş sədri Vladimir Kryuçkovun Azərbaycanla indiki fars-molla rejiminin nəzarət etdiyi torpaqlarının sərhədlərini dağıdan AXC liderlərinin həbs edilməsinə qadağa qoymuşdur: “AXC-nin həmin liderləri elə “KQB”-nin özünün yaratdığı əlaltıları idi. Çox təcrübəli kəşfiyyatçı olan Kryuçkov tanımadığı adamları heç vaxt müdafiə etməzdi. Azərbaycan Xalq Cəbhəsi rəhbərliyindəki şəxslərin kim olması da Kryuçkova çox yaxşı məlum idi. Mümkündür ki, bütün bu hadisələr razılaşdırılmış şəkildə həyata keçirilirdi. Və Azərbaycanın qonşu ölkələrlə sərhədlərini dağıdanlar da bununla özlərinin birbaşa şeflərinin ölkədə siyasi vəziyyətin gərginləşdirilməsinə və nəzarətdən çıxarılmasına dair tapşırıqlarını yerinə yetirirdilər. Bizim bütün problemlərimiz, o cümlədən torpaqlarımızın işğalı həmin illərdəki hadisələrin nəticəsidir".

Vaqif Hüseynovun və Ayaz Mütəllibovun açıqladıqları fikirlərə, eləcə də ortada olan digər faktlara əsasən qeyd etmək olar ki, bu gün Müsavat başqanı İsa Qəmbərin və AXCP sədri Əli Kərimlinin Rusiya maraqlarına uyğun fəaliyyət yolu tutmaları gözləniləndir. Çünki agent heç zaman öz missiyasından imtina edə bilməz. Yəni agentlər ömürlərinin sonuna qədər üzərilərinə götürdükləri vəzifələri yerinə yeturməyə məhkümdülar. Ona görə də, İsa Qəmbər, Əli Kərimli, Ramiz Mehdiyev və digərləri heç bir bəhanə gətirmədən, süründürməçiliyə yol vermədən Rusiya xüsusi xidmət orqanlarından gələn sifarişləri yerinə yetirirlər. İsa Qəmbər danışarkən elə düşünülür ki, sanki “KQB” zabiti danışır. Əli Kərimlinin fikirlərinə diqqət yetirlərəkən o qənaətə gəlmək olar ki, o “KQB” məktəbinin stolunun üstündən olan dərsliklərdən istifadə edir. Ramiz Mehdiyevin və dəstəsinin ifşa olunmasından sonra bir daha təsdiq olundu ki, Əli Kərimli və İsa Qəmbədr Rusiya xüsusi xidmət orqanları ilə əlaqələrini kəsməyiblər. Əksinə, Ramiz Mehdyev vasitəsi ilə onlara Rusiyadan ötürülən sifarişləri yerinə yetirməyə cəhd etməklə “KQB” andına sədaqətli olduqlarını nümayiş etdiriblər.

Əli Kərimlinin, İsa Qəmbərin və digər dağıdıcı müxalif ünsürlərin maddi və mənəvi ehtiyaclarının Ramiz Mehdiyev vasitəsi ilə ödənilməsi təsadüfi sayıla bilməz. Qarşılığında üçlük modeli yaradıblar. Ölkədə ictimai-siyasi sabitliyə xələl gətirmək üçün 2003-2019-cu illər ərzində Əli Kərimli və İsa Qəmbərin etiraz aksiyaları təşkil etmələri məhz R.Mehdiyevin tapşırığı əsasında baş verib. 2013-cü il prezident seçkiləri ərəfəsi “Milli Şura” deyilən qondarma qurumun yaradılması və rəsmi Kremlin adamı olan Rüstəm İbrahimbəyovun namizədliyinin irəli sürülməsi də R.Mehdiyevin göstərişi olub. Elə ki, məkrli planlar bir işə yaramadı, o zaman Ramiz Mehdiyev-İsa Qəmbər-Əli Kərimli üçlüyü zorakı yollarla Rusiyanın tələblərini yerinə yetirməyə cəhdlər göstərdilər. Lakin yenə də pozucu niyyətləri baş tutmadı və Ramiz Mehdiyev, Əli Kərimli, Məmməd İbrahim və digərləri həbs olundular. İsa Qəmbərin hələ də azadlıqda qalması o demək deyil ki, o Ə.Kərimlinin taleyini yaşamayacaq. Əminliklə demək olar ki, İ.Qəmbər həbs olunacaq və rəhbərlik etdiyi partiyanın dövlət qeydiyyatı ləğv ediləcək. Çünki qanunu pozan istənilən şəxs qanun qarşısında cavab verməlidir.

İLHAM ƏLİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 15 Dekabr 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see584

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see523

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see287

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see272

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see256

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see256

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see251

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see248

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see243

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see239

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see209

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see199

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see194

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see192

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see190

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see189

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see183

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see182

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see180

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri