İsa Qəmbərdən Ramiz Mehdiyev açıqlaması
Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Müsavat başqanı İsa Qəmbər Gununsesi.info-ya açıqlamasında PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunmasını şərh edib.
“Mətbuatda Ramiz Mehdiyevə qarşı ciddi ittihamlarla cinayət işi açıldığı və onun ev həbsi barədə qərar verildiyi barədə xəbərlər yayılıb. Özü-özlüyündə burda təəccüblü bir şey yoxdur. Çünki son onilliklərdə Azərbaycanda hakimiyyətin ikinci adamı, eyni zamanda Moskvanın əsas kadrlarından biri olan R. Mehdiyevin dövlətimizin maraqlarına zidd qeyri-qanuni əməlləri barədə məlumatlar çoxdur. Onun Müsavata qarşı düşmənçiliyi də heç kimə sirr deyil.
Müsavat Partiyası olaraq biz dəfələrlə bu haqda danışmış və Ramiz Mehdiyevi birbaşa günahlandırmışıq.
Eyni zamanda indiki mərhələdə bir sıra suallar yaranır. İlk növbədə Ramiz Mehdiyeva qarşı ittihamların sadəcə media tərəfindən deyil, rəsmi hüquq mühafizə orqanları tərəfindən açıqlanması zəruridir.
Müsavat Partiyası bu prosesi və mövzunu diqqətdə saxlayacaq”.
Elmar
Gununsesi.info


