Icma.az
close
up
RU
İşa Xeyriyyə Fondunun təsisçisi Sadhquru Prezident İlham Əliyevi təbrik edib AZƏRTAC

İşa Xeyriyyə Fondunun təsisçisi Sadhquru Prezident İlham Əliyevi təbrik edib AZƏRTAC

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 16 noyabr, AZƏRTAC

İşa Xeyriyyə Fondunun təsisçisi, məşhur hindistanlı yoqin Sadhquru (Caqqi Vasudev) Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, yenidən gözəl Azərbaycana və gözəl Bakı şəhərinə gəlməyin onun üçün böyük şərəf olduğunu, bu ikinci səfəri zamanı ona göstərilən sevgi və səmimiyyətə görə minnətdarlığını bildirən məşhur yoqin məktubunda, həmçinin qeyd edib: “Azərbaycan COP-un ən mühüm sammitlərindən birinə ev sahibliyi edir. Planetimizin torpaqlarının qlobal səviyyədə dəhşətli çirklənməsinə səbəb olan böhranla üz-üzə olduğu bir dövrdə yaşıl dünya naminə həmrəylik böyük əhəmiyyət daşıyır və aktualdır. Torpaqların sağlamlaşdırılmasının təcili diqqətə ehtiyacı olduğuna dair dünya dövlətləri arasında geniş konsensusu nəzərə alaraq Azərbaycanın bu gün torpağın sağlamlaşdırılması və münbitliyinin bərpası istiqamətində regionda liderlik etmək, torpağın qida, su təhlükəsizliyinə və biomüxtəlifliyə, iqtisadiyyata və ekologiyaya təsirini nümayiş etdirmək imkanı var.

“Save Soil” hərəkatı inkişaf edən və zəngin nemətlərə malik planetin bərpasına dərindən sadiqliyini bildirir. Biz daha yaşıl və daha sağlam planetə kollektiv baxışımızı nümayiş etdirmək məqsədilə ölkənizin torpağın yenidən sağlamlaşdırılmasında bütün Mərkəzi Asiya regionunda lider rolunu oynaması üçün hər cür lazımi dəstəyi təklif edəcəyik”.

Sadhquru bu möhtəşəm tədbirə ev sahibliyinə, o cümlədən səmimi və yüksək səviyyəli qonaqpərvərliyə görə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib, minnətdarlıqlarını bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:213
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Noyabr 2024 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri