İsaak Amoah: “Hazırda öz üzərimdə daha böyük məsuliyuər hiss edirəm”
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
“Hazırda turnir cədvəlində tutduğumuz yer müəyyən qeyri-sabitliyin və xırda nüansların nəticəsidir. Mövsüm ərzində yaxşı oyunlar nümayiş etdirmişik, lakin həlledici anlarda prosesi istədiyimiz kimi idarə edə bilməmişik. Komanda daxilində hər kəs bilir ki, potensialımız var və əsas məqsəd meydanda göstərilən oyunu real xallara çevirməkdir”.
Bu sözləri “Qəbələ”nin futbolçusu İsaak Amoah deyib.
24 yaşlı qanalı müdafiəçi qış fasiləsindəki hazırlıqdan da danışıb.
“Fasilə dövründə məşq prosesimiz daha intensiv və detallara fokuslanmış şəkildə davam edir. Xüsusilə təşkilatlanma, konsentrasiya və taktiki intizam üzərində ciddi iş aparılır. Hər bir futbolçu mövsümün ikinci yarısında maksimum nəticə əldə etmək üçün nələri təkmilləşdirməli olduğumuzu yaxşı anlayır. Artıq bir neçə yoldaşlıq oyunu da keçirmişik. Bu görüşlərdə ən müsbət cəhət komandanın təşkilatlanması və kompakt oyunu oldu. Meydanda ünsiyyətimiz artdı, intizamlı çıxış etdik və həm hücumda, həm də müdafiədə daha birlikdə, daha inamlı oynadıq” , - deyə o, futbolinfo.az-a açıqlamasında bildirib.
Müdafiəçi mövsüm irəlilədikcə üzərinə düşən məsuliyyətdən də söz açıb:
“Hazırda öz üzərimdə daha böyük məsuliyyət hiss edirəm. Zaman keçdikcə meydandakı rolunu daha aydın dərk edirsən. Bu məsuliyyət məni daha diqqətli olmağa, komanda yoldaşlarımla daha çox əlaqə saxlamağa və meydanda nümunə göstərməyə vadar edir. Birinci yarıda güclü tərəflərim öhdəlik hissim, müdafiədə məsuliyyətli çıxışım və çətin məqamlarda komandaya dəstək olmağa çalışmaq idi. Bununla yanaşı, hər bir futbolçu kimi mənim də üzərində işləməli olduğum cəhətlər var — xüsusilə bəzi epizodlarda qərarvermə və oyun boyu konsentrasiyanı eyni səviyyədə saxlamaq baxımından. Mənim motivasiyam məsuliyyət hissindən və komandaya olan inamdan qaynaqlanır. Rolumu yaxşı bilirəm və çətinliklər məni daha çox çalışmağa sövq edir. Hər gün inkişaf etməyə və komandaya faydalı olmağa köklənmişəm, çünki vəziyyəti dəyişməyin yeganə yolu bundan keçir”.
Sonda Amoah ikinci yarı ilə bağlı fikirlərini bölüşüb:
“İkinci dövrədə “Qəbələ”nin oyununda bir məqamı dəyişmək imkanım olsaydı, bu, stabillik olardı. Xüsusilə hesab üstünlüyü zamanı oyunu daha düzgün idarə etsək, bir çox görüşün nəticəsini xeyrimizə çevirə bilərik. Meydanda daha güclü reaksiya vermək, aqressiv, fokuslu və nəzarətli olmaq niyyətindəyik. İlk dəqiqədən son saniyəyədək hər xal uğrunda mübarizə aparmaq istəyirik. Düşünürəm ki, məhz bu tərəfi yaxşılaşdırmaq yaxşı oyunlarımızı müsbət nəticələrlə tamamlamada həlledici rol oynaya bilər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 17 Yanvar 2026 09:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















