İsanın həvarisi Azərbaycanda bu kilsədə dəfn olunub
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanımızda turizm potensialı olan o qədər yer var ki… Sadəcə “vizyon” (düzgün yanaşma, yaradıcı baxış) çatmır, hekayəçilik çatmır.
Axar.az xəbər verir ki, bunu hazırda Dubayda yaşayan jurnalist Yeganə Həsənova özünün Feysbuk səhifəsində yazıb.
“Götürək elə kilsələri. Qəbələ, Oğuz, Zaqatala və başqa rayonlarda əsrlərlə tarixi olan qədim kilsələr var. Hətta yadımdadır, Qəbələ-Oğuz tərəflərində bir neçə kilsəyə getmişdim və orada demişdilər ki, İsa peyğəmbərin həvarilərindən biri burada dəfn olunub.
Bax bu bütün xristian dünyasının diqqətini cəlb etmək üçün hekayənin ipucu deyilmi?
Dünyanın harasına gedirsən get, bəzən elə adi bir yerin ətrafında elə maraqlı hekayə qururlar ki, ora milyonlarla turist gəlir. Sənin isə əlində tarix var, mədəniyyət var, əfsanə var, təbiət var. Hazır material var. Amma onu dünyaya danışan yoxdur.
Turizm sadəcə “gəlin, gözəl təbiətimiz var” deməklə olmur. Turizm hekayə satır. Maraq satır. Təcrübə satır. Bizim isə materialımız boldur, sadəcə ölkəyə bir konteyner “vizyon” göndərmək lazımdır”, - o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 11 Avqust 2026 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















