Icma.az
close
up
RU
İsaril Fələstin dövlətinin tanınması prosesində ciddi kompromislərə getməyə məcbur qalacaq AÇIQLAMA

İsaril Fələstin dövlətinin tanınması prosesində ciddi kompromislərə getməyə məcbur qalacaq AÇIQLAMA

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fələtsin dövlətini tanıyan dövlətlərin saytı artmaqda davam edir.

Fələstini tanıyan dövlətlərin sayının artması İsraili beynəlxalq aləmdə hansı təzyiqlərlə üz-üzə qoyur?

Redaktor.az-a bu haqda danışan siyasi şərhçi Çingiz Şahbazi bildirdi ki, Fələstin dövlətinin beynəlxalq aləmdə tanınma prosesi son vaxtlar tendensiv vəziyyət alıb.

"Bu proses heç şübhəsiz ki, yaxın gələcəkdə Fələstin dövlətinin beynəlxalq aləmdə suveren və müstəqil dövlət statusundan yararlana biləcəyini təxmin etməyə imkan verir. Fələstinin dövlət olaraq tanınmasının sürətlənməsi, əlbəttə ki, İsrailin diplomatik uğurlarına və indiyə qədər əldə etdiyi nəticələrə öz təsirini göstərəcək. Bu prosesin İsrail hökumətinə ciddi siyasi təsirlərinin olacağı gözlənilir".

O, vurğuladı ki, İsrail son iki ildə regionun 7 ölkəsinə qarşı hərbi hücumlar həyata keçirib:

"Bu hərbi əməliyyatların arasında Qəzza zolağına, fələstinlilərə qarşı keçirdiyi əməliyyatlardan dolayı İsrailin dünya ölkələri xalqlarının etirazına səbəb olması və beynəlxalq təşkilatların iclaslarında protesto edilməsi, getdikcə İsrailin yürütdüyü siyasətindən dolayı təcrid olunmasına səbəb ola biləcək amillərdir.

Bütün bu baş verənlər İsrailin diplomatik manevr imkanlarını məhdudlaşdırır və böyük ehtimalla buna görə İsrail hökuməti yaxın gələcəkdə Fələstin dövlətinin tanınması prosesində ciddi kompromislərə getməyə məcbur qalacaq. Məhz İsrailin cinayətkar əməllərinin qarşısını almaq üçün mütləq şəkildə Fələstin dövlətinin qurulması artıq şərt olaraq görülür və beynəlxalq hüquq çərçivəsində məhz bundan sonra İsrailə qarşı hansısa təzyiq mexanizmlərindən istifadə etmək olar".

Siyasi şərhçi qeyd etdi ki, ABŞ və Avropa İttifaqı arasında da məhz Fələstin məsələsi ilə bağlı problemlər var:

"Hətta Avropa ölkələri arasında bundan dolayı ikitirəlik yaranıb. Fələstinin tanınması prosesi sürətləndikcə İsrailin bir nömrəli müttəfiqi ABŞ-nin də daha İsrailin həyata keçirdiyi cinayətləri görməzdən gəlməsi çətinləşəcək və heç şübhəsiz ki, siyasi proseslər ABŞ-ni ədalətin yanında durmağa məcbur edə bilər.

Konkret olaraq, Fələstinin tanınması İsrail üçün çətin günlərin başlanğıcı, hüquqi risklərin artması və beynəlxalq arenada İsrailin imicinə mənfi təsir göstərə bilər".

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:46
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 Sentyabr 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see242

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see200

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see160

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see156

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see144

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri