İSB üzvü olmayan sığortaçılar üçün “Forma 4” məlumatlarının elektron sorğulanması təmin edilib
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 23 oktyabr, AZƏRTAC
“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı (İSB) sığorta sektorunda rəqəmsallaşmanın genişləndirilməsi və şəffaflığın artırılması istiqamətində tədbirlərini davam etdirir.
İSB-dən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunan sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış (“Forma 4”) məlumatlarının İSB-nin informasiya sistemi vasitəsilə elektron qaydada sorğulanması imkanı könüllü sığorta müqavilələrinə də şamil olunub.
Əvvəllər bu məlumatlara çıxış imkanı yalnız İSB-nin üzvü olan sığortaçılara təqdim edilir və yalnız icbari sığorta müqavilələri ilə məhdudlaşırdı. Artıq Büronun üzvü olan sığortaçılar “Forma 4” sənədinin məlumatlarını həm icbari, həm də könüllü sığorta müqavilələri üzrə, Büronun üzvü olmayan sığortaçılar isə yalnız könüllü sığorta müqavilələri üzrə əldə edə biləcəklər.
Layihənin məqsədi sığorta bazarında məlumat axınının vahid mərkəzdən idarə olunması, araşdırma proseslərinin sürətləndirilməsi və qərarların qəbulunda obyektivliyin artırılmasıdır.
Yeni mexanizm sığorta şirkətləri arasında etibarlı və operativ məlumat mübadiləsini təmin edir, araşdırma prosesini sürətləndirir və insan amilini minimuma endirir.
Eyni zamanda, məlumatların doğruluğunun və məxfiliyinin qorunması üçün müasir texnoloji həllər tətbiq olunur. Nəticə etibarilə, sektorun məlumat infrastrukturu güclənir, idarəetmə keyfiyyəti yüksəlir və bazarda daha şəffaf, dayanıqlı və rəqəmsal mühit formalaşır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:179
Bu xəbər 23 Oktyabr 2025 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















