Icma.az
close
up
RU
İşçilərin əməkhaqqından tutulan vergilər və məbləğləri SİYAHI

İşçilərin əməkhaqqından tutulan vergilər və məbləğləri SİYAHI

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Əmək müqaviləsi ilə çalışan hər bir işçi ayın sonunda hesabına köçürülən məbləğin necə formalaşdığını bilməlidir. Lakin təcrübədə bir çox işçi əmək müqvailəsində  göstərilən əməkhaqqı ilə faktiki aldığı məbləğ arasındakı fərqi, əməkhaqqıdan hansı ödənişlərin tutulduğunu, ödənişlərin hara yönəldiyini bilmir.
Bizim.Media xəbər verir ki, qanunvericiliyə əsasən, işçinin əməkhaqqından əsas məcburi tutulmalara gəlir vergisi, məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqı daxildir.
Bununla belə, bu ödənişlərin hamısı eyni qaydada işçinin maaşından tutulmur. Bəzi ödənişlər həm işçi, həm də işəgötürən tərəfindən ayrıca ödənilir.
DSMF
İşçinin maaşından tutulan əsas məbləğlərdən biri məcburi dövlət sosial sığorta haqqıdır. Məcburi dövlət sosial sığorta haqqı-sığortalamaya görə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu orqanlarına ödənilən pul vəsaitidir. Məcburi dövlət sosial sığorta haqqının ödəyiciləri sığortaedənlər və sığortaolunanlardır. 
Məcburi dövlət sosial sığortası
Məcburi dövlət sosial sığortası “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi bütün kateqoriyalı işçilərin, o cümlədən ştatda olan, ştatdankənar, mövsümi və ya müvəqqəti xarakterli, habelə əvəzçiliklə işləyən və yaxud qısa müddətli, işləri görən, fərdi əmək müqaviləsi (kontraktı), fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olanlar (mülki-hüquqi xarakterli müqavilələrə əsasən), həmçinin ev təsərrüfatından müvafiq müqavilə əsasında işləyən işçilərin əmək ödənişinə və gəlirlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məzənnələr üzrə hesablanır. Bu vəsait sosial sığorta sisteminin maliyyələşməsində istifadə olunur və gələcəkdə pensiya və digər sosial təminatlarla bağlı əhəmiyyət daşıyır.
İşsizlikdən sığorta
Digər tutulma işsizlikdən sığorta haqqıdır. İşçinin maaşından bu məqsədlə 0,5 faiz tutulur. Eyni zamanda işəgötürən də öz hesabına 0,5 faiz ödəyir.
İcbari tibbi sığorta 
 

Bu sığorta növü də əməkhaqqı hesablanarkən nəzərə alınan ödənişlərdəndir. Bu ildən qeyri-neft-qaz və qeyri-dövlət sektorunda çalışanlar üçün bu sahədə yeni dərəcələr tətbiq edilir. 2 500 manatadək gəlir üzrə işçidən 2 faiz, 2 500 manatdan yuxarı hissə üzrə isə 0,5 faiz tutulur. İşəgötürən də öz payını ödəyir.


Gəlir vergisi
Gəlir vergisinin hesablanması isə işçinin gəlirinin məbləğindən, çalışdığı sektordan və tətbiq olunan güzəştlərdən asılıdır. 2026-cı ildən qeyri-neft-qaz və qeyri-dövlət sektorunda yeni gəlir vergisi dərəcələri qüvvəyə minib.
2 500 manatadək gəlir üçün 3 faiz dərəcə tətbiq edilir, daha yüksək gəlirlər üçün isə pilləli dərəcələr nəzərdə tutulur:
2 500 manatadək — 3%
2 500–8 000 manat — 75 manat + 2 500 manatdan yuxarı hissənin 10%
8 000 manatdan yuxarı — 625 manat + 8 000 manatdan yuxarı hissənin 14%.
Bəs əmək müqaviləsində işçinin aylıq əməkhaqqı 1 000 manat göstərilibsə, o, nə qədər, hansı məbləğdə əməkhaqqı alacaq?
Maaşın hesablanması zamanı qanunvericilikdə nəzərdə tutulan tutulmalar tətbiq olunur. 1000 manat əməkhaqqıdan 86 manat sosial sığorta, 5 manat işsizlikdən sığorta, 20 manat icbari tibbi sığorta və güzəşt və sektor nəzərə alınmaqla gəlir vergisi hesablanır. Əgər güzəşt yoxdursa, əməkhaqqının vergiyə cəlb edilən hissəsi 800 manatdır və gəlir vergisi 24 manat təşkil edəcək. Belə olduqda yekun ödəniləcək məbləğ 865 manat edir.
Qeyd edək ki, həmkar təşkilatlara və siyasi partiyalara üzv olduqda da əməkhaqqından müəyyən vəsait tutula bilər. Bu isə məcburi yox, könüllü xarakter daşıyır.
Günay Şahmar, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://bizim.media
archiveBu xəbər 12 Sentyabr 2026 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see627

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see545

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see296

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see294

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see271

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see268

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see258

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see258

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see256

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see229

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see228

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see226

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see226

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see224

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see223

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see222

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see219

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see218

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see216

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri