Icma.az
close
up
RU
İşçiyə xəstəliyə görə nə qədər pul verilməlidir?

İşçiyə xəstəliyə görə nə qədər pul verilməlidir?

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Orqanizmdən asılı olaraq heç də hamı xəstəliyi “ayaq üstə” keçirə bilmir. İnfeksion xəstəliklə yanaşı, digər narahatlıqlar çalışanları işdən qalmağa vadar edir. Bu məsələ işçilərə həmin günlər üzrə ödənişi aktuallaşdırır. 
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, qanunvericiliyə görə, məcburi dövlət sosial sığortası üzrə ödəniş edən şəxslərin əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüququ var. Bu hüquq azı 6 ay iş stajı olan şəxslərə şamil edilir.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət xəstəlik vərəqəsinə (əmək qabiliyyətini itirmək vərəqəsi) əsasən təyin olunur. 
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə sığorta olunana müavinət aşağıdakı hallarda verilir: 
- Xəstəlik və zədə nəticəsində əmək qabiliyyəti müvəqqəti itirildikdə; 
- Sanatoriya-kurort müalicəsi zamanı; 
- Xəstələnmiş ailə üzvlərinin qulluğa ehtiyacı olduqda; 
- Epidemioloji hallarda karantin zamanı; 
- Vərəm və peşə xəstəlikləri ilə əlaqədar müvəqqəti olaraq başqa işə keçirildiyi zaman; 
- Protez hazırlandığı müddətdə protez-ortopedik müəssisənin stasionarına yerləşdirildikdə və digər hallarda. 
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət işçinin gəlirlərinə əsasən hesablanır. Əsas iş yerindən əlavə gəlir əldə edən şəxsə müavinət işəgötürənin vəsaiti hesabına ilk 14 gün üçün yalnız əsas iş yerindən əldə etdiyi qazancı, qalan günlər üçün isə müavinət işçinin bütün qazancı əsasında hesablanır və məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.
Xəstəliyin ilk 14 günü üçün müavinət işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.
Xəstəlik bir neçə xəstəlik vərəqəsinə görə fasiləsiz olaraq ardıcıl davam edərsə, xəstəliyin ilk 14 günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olmayaraq, yalnız bir dəfə işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.
Xəstəlik bir neçə xəstəlik vərəqəsinə görə fasilələrlə davam edərsə, xəstəliyin ilk 14 gün üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olaraq hər dəfə işəgötürənin vəsaiti, qalan günlər üçün isə sosial sığorta haqları hesabına verilir. Ümumilikdə, sözügedən müavinət 6 aya qədər dövr üzrə ödənilir. 
Müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 (tam) aydakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 ay ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır. 
Bir iş gününə düşən orta gündəlik qazanc aşağıdakı şərtlərdən asılı olaraq faiz tətbiq edilməklə birgünlük müavinət müəyyən olunur.  
Gəlirin 100 faizi:  
- 12 il və daha çox sosial sığorta stajı olan işçilərə; 
- İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə; 
- Əfqanıstan müharibəsində, 20 Yanvar faciəsi zamanı xəsarət almış şəxslərə, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı zərər çəkənlərə; 
- Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsində iştirak edən şəxslərə, bu zaman həlak olanların, ölənlərin valideynlərinə, dul arvadlarına (dul kişilərinə) və uşaqlarına, habelə bu hadisələrdə iştirak edən hərbi qulluqçuların (o cümlədən müddətli xidmət hərbi qulluqçularının) arvadlarına;  
- Xidməti vəzifələrinin icrası zamanı həlak olan, ölən ədliyyə, miqrasiya və fövqəladə hallar orqanları işçilərinin valideynlərinə, dul arvadlarına (dul kişilərinə) və uşaqlarına; 
- Qanyaradıcı orqanların, qalxanvari vəzinin, bəd xasiyyətli şişlərin xəstəliyi zamanı; 
- Əmək qabiliyyətini postvaksinal fəsadla əlaqədar itirən vətəndaşlara; 
- Hemofiliya və talassemiya irsi qan xəstəliyi olan şəxslərə; 
- Qan və qan komponentlərinin donorluğu funksiyasını yerinə yetirməsi ilə əlaqədar olaraq əmək qabiliyyətini müvəqqəti itirmiş şəxslərə; 
- Hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) arvadlarına, məcburi köçkünlərə və vərəm xəstəliyinə tutulmuş şəxslərə. 
Bundan başqa, hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəli şəxslərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət sosial sığorta stajından asılı olmayaraq aylıq təminat xərcliyinin 100 faizi miqdarında verilir. 
Gəlirin 80 faizi miqdarında: 
- 8 ildən 12 ilə qədər sosial sığorta stajı olan işçilərə; 
- 21 yaşına çatmamış və 5 ilədək sosial sığorta stajı olan ata-anasız yetim uşaqlara; 
Gəlirin 60 faizi miqdarında: 
- 8 ilədək sosial sığorta stajı olan işçilərə; 
Alınan göstərici gündəlik əmək qabiliyyətinin müvəqqəti itirilməsi nəticəsində buraxılmış iş günlərinin sayına vurulması ilə müavinətin ümumi məbləği tapılır. 
Məsələn, işçi 21.01.2025-ci il tarixindən 24.01.2025-ci il tarixinə kimi xəstələndiyi üçün əmək qabiliyyətini müvəqqəti itirib. Bu halda əmək qabiliyyətini müvəqqəti itirdiyinə görə müavinətin məbləğini hesablayaq. 
 

5 il sığorta stajı olan işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində 4 iş günü var. Əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 ayda (2024-cü ilin Yanvar-Dekabr ayları) 239 iş günü var. Bu müddət ərzində işçinin gəlirinin 13 500 manat olmasını nəzərə alanda günlük qazancı 56,96 manat təşkil edir. 5 il iş stajı halında bir gün üçün müavinətin məbləği 34,18 manat, 4 gün üçün isə 136,72 manat olacaq.   


Şəxsin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 ayda əmək fəaliyyəti olmayıbsa, minimum əməkhaqqının məbləğinin həmin aydakı iş günlərinin sayına bölünməsi ilə tapılır. 
Eyni zamanda məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlirlərin məbləği müavinət hesablandıqda gəlir məbləğinə daxil edilmir. 
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://bizim.media
archiveBu xəbər 27 Yanvar 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see525

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see486

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see358

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see278

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see273

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see264

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see261

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see258

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see251

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see236

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see235

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see235

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see231

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see219

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see210

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see206

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see200

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see182

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see173

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri