IsDB Azərbaycanda kənd təsərrüfatı və su idarəçiliyinə 436,7 mln. dollar ayırıb
Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.
İslam İnkişaf Bankı (IsDB) İdarə Heyətinin 364-cü iclasında Azərbaycan üçün 436,67 milyon ABŞ dolları məbləğində maliyyələşmə təsdiqlənib.
“APA-Economics” bu barədə banka istinadən xəbər verir. Məlumata görə, maliyyə vəsaiti kənd təsərrüfatında məhsuldarlığın artırılması və suvarma sistemlərində su itkilərinin əhəmiyyətli dərəcədə azaldılması məqsədi daşıyır. Layihə dayanıqlı kənd inkişafına töhfə verməklə yanaşı, Azərbaycanın 2030-cu ilədək inkişaf prioritetlərinə uyğun şəkildə həyata keçiriləcək.
Bankın açıqlamasına görə, təşəbbüs yaşıl artımı təşviq edəcək, iqlim dəyişikliklərinə qarşı dayanıqlılığı gücləndirəcək və uzunmüddətli ərzaq təhlükəsizliyinin təmin olunmasına xidmət edəcək.
Qeyd edək ki, qərar IsDB-nin Ciddədə keçirilən iclasında qəbul olunub və üzv ölkələrdə dayanıqlı və inklüziv iqtisadi artımın dəstəklənməsi strategiyasının tərkib hissəsidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 24 Fevral 2026 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















