Icma.az
close
up
RU
İşdə və nəqliyyatda qripə yoluxmamaq üçün nə etməli? Mühüm TƏLİMATLAR

İşdə və nəqliyyatda qripə yoluxmamaq üçün nə etməli? Mühüm TƏLİMATLAR

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Havalar soyuduqca respirator viruslar, eləcə də qrip ştamları aktivləşir. Viruslara yoluxmamaq üçün nə etmək lazımdır?

Saglamolun.az publika.az-a istinadla bəzi məsləhətləri təqdim edir.

1. Əllərinizi tez-tez yuyun

Çox sadə səsələnsə də əllərini tez-tez yumaq viruslara qarşı effektiv metoddur. 80% infeksion xəstəliklər toxunma yolu ilə keçir. Yəni insan virus daşıyıcısı olan insana, o insanın toxunduğu əşyalara, məsələn nəqliyyatda tutacaqlar, qapılar, oturacaqlardan əlləri ilə virusu yaxalayır. Sonra əllərlə göz, ağız, burnuna toxunub zərərli mikroorqanizmləri daxilə keçirir. Ona görə çöldən evə gələn kimi, eləcə də ofisdə iş saatlarında əllərinizi tez-tez sabunla yusanız, xəstələnmək riski xeyli azalacaq.

Əllər sabunla 30 saniyə sürtülməlidir, sonra yuyulmalıdır. Daha sonra qurudulmalıdır. Əgər su yoxdursa, yanınızda 60% li spirt saxlayıb, əllərinizi və masanızı gündə 3 dəfə dezinfeksiya edin.

2. Antiseptik sprey alın

Bunlar aptek və mağazalarda satılır. Əgər işdə kimsə xəstələnibsə və siz o adama yaxınsızsız, birinci növbədə o da, siz də qoruyucu maska taxmalı, daha sonra bu spreylə hər 30 dəqiqədən - 1 saatdan bir əllərinizi, masanı silə bilərsiz.

Ətrafdakılar sizə paranoik kimi baxsalar da, qrip viruslarından qorunmağın yolu budur. Viruslar müxtəlif əşyaların səthində bir neçə saat yaşaya bilir.

3. Müxtəlif bitki və ədviyyatlı çaylar için

Viruslar burun və ağızla daha çox keçdiyi üçün orqanizm onunla mübarizə üçün burun axıntısını gücləndirir. Ona görə xəstələnəndə burun axması normaldır. Sizin vəzifəniz bacardıqca bu suyun yaranmasını artırmaqdır, bu da yalnız isti maye, çay və acılı bir qida qəbulu ilə mümkündür.

Ona görə zəncəfil, darçınlı çay, istiot qəbulu lazımdır.

4. Əlavə vitaminlər qəbul edin

Qriplə mübarizədə immuniteti gücləndirmək üçün ən lazımlı vitaminlər D və C vitaminidir. Əgər sizdə bu 2 vitaminin defisiti varsa, tez-tez xəstələnəcəksiniz. Analiz verib bu vitaminlərin orqanizmdə kifayət olub-olmadığını təyin edin və defisit aşkar olunduqda həkimin məsləhəti ilə vitaminləri qəbul edin.

5. Peyvənd etdirin

Adi zökəm, soyuqdəymə, respirator xəstəliklərdən peyvənd yoxdur. Çünki onun törədicisi 200 adda virusdan biri ola bilər. Amma konkret qrip ştamlarına qarşı peyvəndlər var, bir neçə ildən bir bu peyvəndlər yenilənir, gücləndirilir.

Qripdən qorunmaq üçün sentyabr ayından artıq vaksin vurdurmalısız. Bunun üçün özəl klinikalara müraciət edə bilərsiz. Vaksini oktyabrın 15-nə vurub bitirmək lazımdır. Qrip vaksini 6 aylıqdan 70 yaşa kimi hər kəsə oluna bilər.

6. Qidalanmanızı dəyişin

İmmuniteti qaldırmağın yolu qidalanmadan keçir. Tamdəyərli qidalanma, meyvə-tərəvəzləri qəbulu çox vacibdir.

Xəstələnsəm, nə edim?

Əgər qrip və zökəm varsa, özünüzü və ətrafdakıları qorumağın yeganə yolu həkimdən arayış alıb, evdə qalmaqdır. Bu ən azı 3 gün olmalıdır.

Əgər mütləq işə getməlisizsə, maska, spirt, dezinfeksiyaedici məhlul özünüzlə olsun. Ən yaxın kolleqa sizdən 1 metr yarım aralı olmalıdır. Kütlə arasında çox gəzməyin, uşaqlara toxunmayın.

Asqırıq və öskürəyi salfet və ya dəsmala edin. Dərhal əllərinizi spirtləyin.

Metro, avtobusda qorunmaq üçün fikir verin, xəstəhal, burun suyu axan kimsə varsa, ondan ən azı 2 metr aralı dayanın. Pəncərəyə yaxınsızsa, aralayın, təmiz hava gəlsin. Nəqliyyatdan çıxan kimi əllərinizi dezinfeksiya edin.

Natrium xlor və ya burun yumaq üçün olan dəniz suyu alıb, hər gün 3-5 dəfə burnunuzu yuyun.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri