Icma.az
close
up
RU
İşdən ayrılan Əməkdar artist danışdı: Mənə heç bir şərait yaratmadılar

İşdən ayrılan Əməkdar artist danışdı: Mənə heç bir şərait yaratmadılar

Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Azərbaycan Pantomima Teatrının direktoru, əməkdar artist Elman Rəfiyev istefa ərizəsi yazaraq işindən ayrılıb. 

Məsələnənin təfərrüatlarını öyrənmək üçün Əməkdar artist Elman Rəfiyevlə əlaqə saxladıq.

Aktyor AZXEBER.COM-a açıqlamasında işdən 6 ay öncə ayrıldığını bildirib:

"İki gündür telefonlarım susmur, eşidən hər kəs zəng edir. İlk və son dəfə bu haqda danışacağam. Bu istefa 6 ay öncə baş verib, sadəcə sizə məlumat gec çatıb. Bunun səbəbini isə birbaşa Mədəniyyət nazirliyindən soruşmaq lazımdır. Onların bu barədə açıqlama verməməsinin səbəbi nədir, bilmirəm. Mənim yerimə təyinat da olub. Təəssüf ki, həmin şəxsin incəsənət aləminə heç bir aidiyyatı yoxdur".

Aktyor bildirib ki, teatrda çalışması üçün ona heç bir şərait yaradılmayıb: 

"Rəhbərlikdən istefa versəm də, orada aktyor kimi çalışmağıma belə heç bir şərait yaratmadılar. Mən Pantomimo teatrının yaradıcısıyam. Bu teatrın adı gələndə mən yada düşürəm. Hal-hazırda işsizəm. Aktyor hər yerdə çalışa bilər, sadəcə gərək təklif gəlsin. Mən kiminsə qapısında oturub iş istəyən deyiləm, heç vaxt da belə biri olmamışam. İndidən sonra da bunu etməyəcəyəm. Hazırda Dövlət Televisiyasında "Fatehlərin divanı" televiziya tamaşasında həm rejissoram, həm də rol alıram. İncəsənət aləminin mənə ehtiyacı var, amma verilən qiymət çox dəyərsizdir və mən tək deyiləm. Bizim dəstəmiz çox böyükdür. Bu acı reallıqdır".

Əməkdar artist bildirib ki, Mədəniyyət nazirliyinin nə üçün 6 ay müddətində bu xəbəri ictimaiyyətlə bölüşməməsindən xəbərsizdir:

"Mən bilmirəm nə üçün Mədəniyyət nazirliyi 6 aydır bununla bağlı heç bir açıqlama verməyib. Nə üçün? Çox maraqlıdır. Və birdən-birə bu xəbər medianın gündəminə düşür və mən ölkədə ən çox axtarılan adam oluram. Bəs indiyə qədər niyə mən heç kimin yadına düşmürdüm? Bu çox acınacaqlı haldır. Çünki Azərbaycanda Pantomimo deyəndə mən yada düşürəm, Elman Rəfiyev yada düşür. Mən bu işin tarixini yazmışam. Məni bu tarixdən kimsə silə bilər? Xeyr! Mən tarixdə əbədi olaraq qalacağam!".

Aysel Hacızadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 11 İyul 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri