Icma.az
close
up
RU
İşdən ayrılan zaman hansı faydalı addımlar atmaq olar? Mütəxəssislərdən məsləhətlər

İşdən ayrılan zaman hansı faydalı addımlar atmaq olar? Mütəxəssislərdən məsləhətlər

Banco.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

İşsizlik, bir çox insan üçün stresli və çətin bir dövr kimi görünsə də, əslində bu mərhələni düzgün dəyərləndirmək şəxsi və peşəkar inkişaf üçün böyük imkanlar yarada bilər.

Bu dövrdə öz gələcəyiniz barədə düşünmək, hədəflər müəyyənləşdirmək və yeni bacarıqlar qazanmaq üçün zamanınız olur. Eyni zamanda, karyeranızı yenidən planlamaq, maraq dairənizi genişləndirmək və özünüzü daha yaxşı tanımaq üçün unikal bir fürsət yaranır. Bu dövrü səmərəli keçirmək, həm ruhən, həm də fiziki olaraq güclənməyinizə və gələcəkdə daha uğurlu qərarlar verməyinizə kömək edə bilər.

Bu barədə fikirlərini bölüşən satış sahəsi üzrə ekspert Kamal Mahmudov bildirib ki,  qəribə səslənsə də işsizlik fürsətdir. O düşünür ki, gələcək ilə bağlı planlar qurmaq üçün bu müddətdən faydalı istifadə etmək olar:

"Biz karyeramızı planlamaq, özümüzü sorğulamaq üçün bu müddətdən yararlana bilərik. Çünki iş tapan zaman artıq ona fokuslanırıq, hətta elə olur ki, özümüzü unuduruq. Pul qazanmaq normal bir proses olsa da, həyatımızın elə bir mərhələsi olacaq ki, orada puldan daha faydalı bir şeylər haqqında düşünmək lazımdır."

Ən sərfəli kredit üçün müraciət et

Ekspert qeyd edib ki, vacib qərarlar hər zaman işsiz olan müddətdə verilə bilər.

Bəs işsiz qalan zaman hansı addımlar atmaq gələcək üçün faydalı ola bilər?

Təlimçi Ahmed Kandemir Banco.az-a verdiyi açıqlamada deyib ki, idarəetmə mövqeyində olan şəxslərin iş tapa bilməsi üçün müddət lazımdır.

Yaxşı olarda öz karyeranızı yenidən dəyərləndirib və gələcək üçün konkret hədəflər müəyyənləşdirəsiniz. Müasir iş bazarında tələb olunan bacarıqlarınızı inkişaf etdirmək üçün onlayn kurslar, seminarlar və ya sertifikat proqramlarına qoşula bilərsiniz. Özünüzlə bağlı suallar verin, maraqlarınızı və güclü tərəflərinizi kəşf edin. Eyni zamanda peşəkar dairənizi genişləndirib və yeni əlaqələr qurmaq da mümkündür. Ümumiyyətlə, işsiz qaldığınız müddətdə xərcləri nəzarətdə saxlayıb ehtiyat büdcənizdən ağıllı istifadə etmək də faydalıdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://banco.az
archiveBu xəbər 10 Dekabr 2024 18:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri