İşdən ayrıldığını vatsap mesajı ilə öyrəndi
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Türkiyənin “Beşiktaş” klubunun idman direktoru Səməd Aybaba klubla yollarının ayrılmasından sonra ilk dəfə açıqlama verib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, vəzifəsindən çıxarılmasını mesajla öyrəndiyini vurğulayıb.
“İşdən çıxarıldığımı telefonuma göndərilən vatsap mesajından öyrəndim. Son 4 ayda klub prezidenti Həsən Aratla dialoqumuz tamamilə pozulmuşdu. Onunla danışa bilmədiyimiz üçün klubda baş verən hər şeylə bağlı ona məktub yazdım. Şənbə günü mətbuat konfransı keçirəcəyəm. Bütün sualları cavablandıracağam və son bir ildə “Beşiktaş”da baş verənləri danışacağam”.
Qeyd edək ki, Samet Aybaba ilə yanaşı, bu gün klubun vitse-prezidenti Onur Göçmez və İdarə Heyətinin məsləhətçisi Bradley Howard da istefa ərizələrini yazıblar.
Baxış sayı:118
Bu xəbər 27 Noyabr 2024 13:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















