İşdən çıxarılan rəis müavini Ali Məclisi MƏKƏHMƏYƏ VERDİ
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin sabiq rəis müavini Nihad Məhəmmədzadə məhkəməyə üz tutub.
Modern.az-ın əldə etdiyi məlumata görə, sabiq müavin Naxçıvan Ali Məclisini məhkəməyə verib.
Nihad Məhəmmədzadənin məhkəməyə müraciət etməsinin səbəbi işə bərpa edilmə tələbi ilə bağlıdır.
Belə ki, o, 2 dekabr 2024-cü il tarixində vəzifəsindən azad edilib. Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb.
İşə Naxçıvan şəhər Məhkəməsində hakim Gülnar Səfərəliyevanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Nihad Məhəmməadzadə 1986-cı ildə Babək rayonunun Cəhri kəndində anadan olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 14 iyul 2023-cü il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 17 Dekabr 2024 09:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















