Icma.az
close
up
RU
İşə qəbulda yaş məhdudiyyəti 35 yaşdan yuxarı olanlar niyə İŞƏ götürülmür?

İşə qəbulda yaş məhdudiyyəti 35 yaşdan yuxarı olanlar niyə İŞƏ götürülmür?

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz statusu verilmiş şəxslərin sayı ilbəil artır. Artım əsasən 35 yaşdan yuxarı şəxslərlə bağlıdır. Belə ki, 2023-cü ildə ümumilikdə 35 yaşdan yuxarı 120354 nəfər işsiz kimi qeydə alınıb. 2019-cu ildə isə bu rəqəm 36287 nəfəri təşkil edib.

2023-cü ildə 35 yaşdan yuxarı 68273 kişi işsiz kimi qeydə alınıb. Bu yaşlarda olan işsiz qadınların sayı isə 52081 nəfəri təşkil edib.

Rəqəmlər Azərbaycanın hazırki işçi qüvvəsi ilə bağlı təsəvvürü formalaşdırır. Gənc kadrlara olan maraq 35 yaşdan yuxarı əhalini işçi qüvvəsindən çıxarmağa başlayıb.

Bu cəmiyyətin sosial rifahına necə təsir edir?

Sosioloq Lalə Mehralı Bizim.Media-ya bu barədə danışıb. O, qeyd edib ki, 35 yaşdan yuxarı olan insanların işə götürülməməsi cəmiyyətdə ciddi problemlər yaradır:

"Kişilər üçün iş tapmaq daha asan olsa da, bu yaşda qadınlar üçün iş tapmaq çətindir. İşə götürən zənn edir ki, bu yaşda olan insanların enerjisi zəifdir, yaşla əlaqəli problemləri çox olur. Biz vakansiyalara baxsaq, görərik ki, onlar daha gənc təbəqəyə xitab edərək tərtib olunur.

Amma gəlin düşünək, 45 yaşından sonra bu insanlar işlə təmin olunmazsa, pensiya yaşına qədər necə yaşamalıdır?

Əgər həyat yoldaşı da yoxdursa və yaxud da ki, ailəyə çörək gətirə bilən tək qadındırsa, bu kimi hallarda bəs o rifahını necə təmin eləməlidir? Heç bir yerdən gəlir yoxdursa, pensiya yaşına da hələ 20 ildən də artıq vaxt var. Əvvəllər qadınlar 51-53 yaşlarda pensiyaya çıxa bilirdi, 3 və daha çox uşağa görə sosial müavinət ala bilirdi. Amma bir neçə ildir ki, artıq onu da ləğv ediblər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 01 Dekabr 2024 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see300

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see219

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see212

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see206

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see187

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see187

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see171

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see164

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see154

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see154

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see153

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see152

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see151

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see151

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see151

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see151

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see147

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri