Icma.az
close
up
RU
İşəgötürən işaxtaran əlaqəsi sadələşdirilib

İşəgötürən işaxtaran əlaqəsi sadələşdirilib

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycanda yeni məşğulluq xidmətləri modeli ilə işəgötürənlərin və işaxtaranların qarşılıqlı əlaqəsi sadələşdirilib, vakansiya bankı vasitəsilə iş imkanlarına əlçatanlıq artırılıb, elektron informasiya sistemləri ilə məlumat mübadiləsi sürətləndirilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini Səbinə Cumazadə daha sonra bildirib ki, hazırda hər işəgötürən üzrə kvotanın miqdarı artırılıb və müraciətlərin əmək və məşğulluq altsistemi üzərindən qəbul edilməsi ilə iş yerləri ilə bağlı nəzarət gücləndirilib. Bu yanaşmalarla işsizliyin azaldılmasına, işəgötürənlərin ehtiyaclarına uyğun kadrların təmin olunmasına, eləcə də məşğulluq sahəsində şəffaflıq və ədalət prinsiplərinin daha yüksək səviyyədə tətbiqinə nail olunub. 

S.Cumazadənin sözlərinə görə, işsizliyin azaldılması və məşğulluğun artırılması, sosial baxımdan həssas qrupların əmək bazarına inteqrasiyasının gücləndirilməsi, eləcə də işəgötürənlərin maliyyə yükünün yüngülləşdirilməsi məqsədilə əməkhaqqının birgə maliyyələşdirilməsi mexanizmi yenidən tərtib edilib. Bu mexanizmlə qeyri-rəsmi məşğulluğun azaldılması, daha geniş əhali kütləsinin rəsmi əmək münasibətlərinə cəlb olunması ilə sosial müdafiə sisteminin gücləndirilməsi reallaşıb. Fəal məşğulluq tədbirlərinin genişləndirilməsi, işçi qüvvəsinin bacarıqlarının artırılması və sosial dialoqun inkişaf etdirilməsi ilə əmək bazarının səmərəliliyi yüksəlib, beləliklə, həm işçilər, həm də işəgötürənlər üçün daha əlverişli şərait yaradılıb.

Mərkəzin şöbə müdirinin müavini qeyd edib ki, proaktiv xidmətlərin inkişafı istiqamətində görülən tədbirlər – işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsi, prosedurların sadələşdirilməsi, sosial müdafiəyə xüsusi ehtiyacı olan və əmək bazarına inteqrasiya prosesində çətinlik çəkən şəxslərin dəstəklənməsi, özünüməşğulluğun genişləndirilməsi və icra mexanizminin təkmilləşdirilməsi Məşğulluq Strategiyasında müəyyən olunmuş hədəflərə çatmaqda həlledici rol oynayır. Eyni zamanda, qeyri-rəsmi məşğulluğun qarşısını almaq üçün əmək bazarında monitorinq və proqnozlaşdırma sistemlərinin gücləndirilməsi də bu prosesin ayrılmaz tərkib hissəsidir.

S.Cumazadə sonda deyib ki, “2019-2030-cu illər üçün Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı” çərçivəsində görülən tədbirlər Azərbaycanın əmək bazarında şəffaflıq və səmərəliyin artmasına, sosial ədalətin təmin olunmasına və inklüziv inkişafın dəstəklənməsinə mühüm töhfə verir. Strategiya təkcə məşğulluq imkanlarının artırılmasına deyil, həm də işçi qüvvəsinin keyfiyyətinin yüksəldilməsinə yönəlmiş tədbirləri əhatə edir. 

Ümumilikdə, Məşğulluq Strategiyasının uğurlu icrası daha müasir və rəqabətqabiliyyətli əmək bazarı formalaşdırmaqla məşğulluq imkanlarının genişləndirilməsində, sosial rifahın gücləndirilməsində və ümumilikdə, Azərbaycanda daha dayanıqlı və inklüziv iqtisadi inkişaf modelinin qurulmasında əhəmiyyətli rol oynayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 İyun 2025 01:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see303

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see295

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see285

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see279

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see275

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see266

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see258

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see243

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see242

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see238

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see234

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see221

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see218

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see217

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see208

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see206

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see194

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see179

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see165

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri