Icma.az
close
up
RU
İsfəndiyar Axundov həbs edilən iş adamı barəsində danışdı: “Emil Səməndərov savadsız adam idi, aldatdılar“

İsfəndiyar Axundov həbs edilən iş adamı barəsində danışdı: “Emil Səməndərov savadsız adam idi, aldatdılar“

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

"Mənə qarşı şikayətçi olan "Progress-2016" MTK-nın rəhbəri Emil Səməndərovun həbs edilməsi məni təəssüfləndirdi. O, yaxşı adam idi, Allah onun qapısını açsın".

Moderator.az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında "Şərur" MTK tikinti şirkətinin rəhbəri, tanınmış iş adamı İsfəndiyar Axundov dələduzluqda təqsirləndirilərək 13 il azadlıqdan məhrum edilən E.Səməndərovun barəsində olan məhkəmə hökmünə münasibət bildirərkən deyib. İş adamı bildirib ki, E.Səməndərov barəsində şikayətçi deyil:

"Mən onun heç vaxt pisliyini istəməmişəm. O, yaxşı adam idi, amma savadsız idi. Allah onun qapısını açsın, Allah köməyi olsun. Ondan inciməmişəm də, mübahisəm də olmayıb. Ortada maraqlı şəxslər var idi ki, onu yoldan çıxarmışdılar. Mən ondan şikayət etməmişəm. O, kimlərinsə sözü ilə məndən şikayət etmişdi, axırı da tora özü düşdü. İnsandır da, savadsız adamdır. Sonra məndən üzr istədi, bağışladım".

Xatırladaq ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə "Progress-2016" MTK-nın rəhbəri Emil Səməndərova hökm oxunub. Ona qarşı xüsusilə külli miqdarda dələduzluq maddəsi cinayət işi başlanılmışdı. Cinayət işinin istintaqı zamanı onun eyni mənzili bir neçə nəfərə satması sübuta yetirilmişdi.

Qeyd edək ki, E.Səməndərov bir müddət əvvəl "Şərur" MTK-nın sahibi, iş adamı İsfəndiyar Axundovun bir mənzili bir neçə nəfərə satmasını iddia edərək, onun barəsində hüquq-mühafizə orqanlarına müraciət etmişdi. Aparılan araşdırmalarla fakt təsdiqini tapmamışdı. Sonradan E.Səməndərov özü eyni əməldə təqsirləndirilib, barəsində cinayət işi başlanılmışdı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Sentyabr 2026 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see642

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see549

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see303

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see300

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see277

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see274

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see263

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see263

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see263

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see234

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see232

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see231

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see231

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see231

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see228

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see227

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see226

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see224

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see221

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri