Icma.az
close
up
RU
İşğal altında nüvə stansiyası: Regionu partlada biləcək real risklər

İşğal altında nüvə stansiyası: Regionu partlada biləcək real risklər

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukrayna və Rusiya mümkün atəşkəslə bağlı danışıqlar zamanı Zaporojye atom elektrik stansiyasına dair konsensusa gələ bilməyib. Zaporojye AES işğalçıların əlində qalsa, işləməyəcək.

Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.

“Ruslar stansiyanı saxlamaq istəyirlər. Aydındır ki, biz buna qarşıyıq. Biz dedik ki, əgər belədirsə, stansiya işləməyəcək”, – deyə prezident qeyd edib.

Onun sözlərinə görə, ABŞ AES-in birgə idarə edilməsini təklif edir. Lakin bu varianta yalnız amerikalı tərəfdaşlar tərəfindən müəyyən addımlar atıldıqdan sonra baxıla bilər:

“Bizim buradakı mövqeyimiz çox sadədir. Əgər amerikalılar stansiyaya nəzarəti ələ keçirə bilsələr, bu zonanı hansısa yolla demilitarizasiya edəcəklər. Bu o deməkdir ki, Rusiya qoşunları stansiyadan müəyyən məsafəyə geri çəkilməlidirlər ki, Ukraynaya çıxış imkanı olsun”.

Zaporojye AES-in işğal altında qalması bölgə üçün hansı real təhlükəsizlik riskləri yaradır? Məsələn, texniki qəza, radioaktiv sızma, terror aktı, yanlış idarəetmə və s.

Zaporojye Atom Elektrik Stansiyasının işğal altında qalması təkcə Ukrayna üçün deyil, bütün Avropa üçün çoxsəviyyəli təhlükə yaradır. Bu risklər həm texniki, həm hərbi, həm də geosiyasi xarakter daşıyır və onların hər biri regional sabitliyi alt-üst edə biləcək potensiala malikdir.

Ümumiyyətlə, nüvə stansiyası müharibə zonasında işləmək üçün nəzərdə tutulmayıb.
İşğalçı qüvvələr peşəkar ukraynalı heyəti sıxışdırır və ya əvəz edir, texniki reglamentlərə tam riayət edilmir, stansiyanın idarəetmə sistemlərinə giriş məhdudlaşdırılır.

Bu, ənənəvi nüvə təhlükəsizliyini minimuma endirir. Çernobıldan fərqli olaraq Zaporojye AES-in gücü çox daha yüksəkdir və istənilən kiçik yanlışlıq belə irimiqyaslı fəsad yarada bilər.

Məsələn, Stansiya zədələnərsə və ya soyutma sistemi sıradan çıxarsa, radioaktiv materialların atmosferə qarışması, Dnepr çayı və su hövzələrinin çirklənməsi, milyonlarla insanın köçməyə məcbur qalması kimi nəticələr qaçılmaz ola bilər.

Bu, Çernobıldan böyük böhran yarada bilər və nəticələr təkcə Ukrayna deyil, Polşa, Rumıniya, Moldova və Qara dəniz hövzəsini də əhatə edər.

Bir sözlə, konkret desək, Zaporojye AES-in işğalı sadəcə hərbi tapıntı deyil. Bu, Avropa üçün qitələrarası təhlükəsizlik problemidir. Nüvə stansiyasının işğal altında qalması Ukraynanın enerji infrastrukturunu, Avropanın ekoloji təhlükəsizliyini, beynəlxalq nüvə etikasını, regional sabitliyi birbaşa təhdid edir.

Bu səbəbdən Kiyev stansiyanın Rusiya nəzarətində qaldığı halda onun işləməyəcəyini qəti şəkildə bildirir. Çünki işlək vəziyyətdə bu risklərin miqyası daha da böyüyür.

Elmar
Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 12 Dekabr 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see241

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see237

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see219

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see210

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see194

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see181

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see173

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see169

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see166

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see154

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see150

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see149

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see148

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see148

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see147

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see139

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see137

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri