İşğal olunmuş rayonun sakini ilə evlənmiş kişilər də məcburi köçkün statusu və vəsiqəsi ala biləcəklər
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İşğaldan əvvəl işğal olunmuş rayonun sakini ilə evlənmiş kişilər də məcburi köçkün statusu və vəsiqəsi ala biləcəklər.
Moderator.az xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"da dəyişiklik edilib.
Belə ki, məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonun sakini (məcburi köçkün) ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan, işğaldan sonra ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara məcburi köçkün statusu verilirdi.
Mövcud dəyişikliklə eyni şərtlər məcburi köçkün statusu olan qadınlarla evlənmiş kişilərə də aid ediləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 05 Noyabr 2026 18:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















