Icma.az
close
up
RU
İşğaldan azad edilən ərazilərində 3 min km yol salınıb

İşğaldan azad edilən ərazilərində 3 min km yol salınıb

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Ötən il Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ümumi uzunluğu 3 032,4 kilometr təşkil edən yol salınıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Sənədə əsasən, ötən il Avtomobil Yolları Dövlət Agentliyi Ağdam, Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun, Şuşa-Laçın, Xudafərin-Qubadlı-Laçın, Əhmədbəyli-Füzuli-Şuşa, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd və Toğanalı Kəlbəcər-İstisu avtomobil yollarının inşasını aparıb, 35 avtomobil yolunun layihələndirilməsini və tikintisini yerinə yetirib, o cümlədən respublika əhəmiyyətli 875,4 kilometr və yerli əhəmiyyətli 2 157 kilometr yol salıb.

Dövlət Proqramına uyğun olaraq il ərzində işğaldan azad olunmuş ərazilərdə 7 kəndə gedən avtomobil yollarının və 4 rayonlararası avtomobil yollarının da tikintisi işləri həyata keçirilib. O cümlədən:

- Cəbrayıl rayonu, Horovlu kəndinə gedən avtomobil yolunun tikintisi - (2,8 kilometr, 2 hərəkət zolaqlı, icra 97 %);

- Ağdam rayonu, Kəngərli kəndinə gedən avtomobil yolunun tikintisi - (3 kilometr, 2 hərəkət zolaqlı, icra 38 %);

- Qubadlı rayonu, Mahruzlu kəndinə gedən avtomobil yolunun tikintisi - (0,3 kilometr, 2 hərəkət zolaqlı, icra 10 %);

- Qubadlı rayonu, Zilanlı kəndinə gedən avtomobil yolunun tikintisi - (0,2 kilometr, 2 hərəkət zolaqlı, icra 10 %);

- Zəngilan rayonu, Cahangirbəyli kəndinə gedən avtomobil yolunun tikintisi - (0,5 kilometr, 2 hərəkət zolaqlı, icra 10 %);

- Xocalı rayonu, Malıbəyli kəndinə gedən avtomobil yolunun tikintisi - (1 kilometr, 2 hərəkət zolaqlı, icra 35 %);

- Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun 24-cü kilometr-Umudlu- (10,2 kilometr, 2 hərəkət zolaqlı, icra 85 %);

- Suqovuşan-Kəlbəcər (9 kilometr) Ağdərə-Ağdam avtomobil yolunun tikintisi (icra 30 %);

- Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunun tikintisi (24 kilometr hissəsi | texniki dərəcəli, icra 56 %);

- Bərdə-Ağdam (40 kilometr)-Əsgəran avtomobil yolunun tikintisi (icra 8 %);

- Tərtər-Ağdərə avtomobil yolunun yenidən qurulması (icra 28 %);

- M-6 (197 kilometr)-Şəfəq stansiyası avtomobil yolunun tikintisi (11,5 kilometr, 2 hərəkət zolaqlı)

Bundan başqa, 7 şəhərin (Şuşa, Ağdam, Füzulu, Qubadlı, Zəngilan, Kəlbəcər və Cəbrayıl) daxili yollarının layihələndirilməsi və tikintisi işləri aparılıb, o cümlədən Şuşa şəhərində (52 kilometr, I mərhələ 15,8 kilometr) 1-ci mərhələnin icrası 20 %, müvafiq olaraq Ağdam şəhərində (189,7 kilometr, I mərhələ 58,7 kilometr) 70 %, Qubadlı şəhərində (74 kilometr, I mərhələ 24 kilometr) 8 %, Zəngilan şəhərində (32 kilometr, I mərhələ 15,8 kilometr) 10 %, Kəlbəcər şəhərində (26,5 kilometr, I mərhələ 18,9 kilometr) 25 %, Cəbrayıl şəhərində (44,5 kilometr, I mərhələ, 24 kilometr) 97 % və Füzuli şəhərində (84,7 kilometr, I mərhələ 18,5 kilometr) 24 % təşkil edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 14 Mart 2025 22:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see535

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see496

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see368

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see283

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see278

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see271

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see269

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see263

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see261

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see242

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see240

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see240

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see236

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see224

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see215

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see211

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see206

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see188

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see182

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri