Icma.az
close
up
RU
İşğaldan azad edilən torpaqlara yeni həyat qayıdır Millət vəkili

İşğaldan azad edilən torpaqlara yeni həyat qayıdır Millət vəkili

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

"İşğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması müasir tariximizin ən önəmli mərhələlərindən biridir. Həmin layihələr vətəndaşların rifahının daha da yaxşılaşmasına və bölgələrin sosial-iqtisadi inkişafının sürətlənməsinə xidmət edir. Bu kontekstdə Ağdamda aparılan genişmiqyaslı işlər Böyük Qayıdış Proqramının əyani təzahürü kimi dəyərləndirilir".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Asif Əsgərov deyib. 

Parlamentari bildirib ki, Ağdam rayonu 1930-cu ildə yaradılmış və ümumi sahəsi 1094 kvadrat kilometr təşkil etmişdir.

"Rayonda relyef əsasən düzənlik olsa da, qismən dağlıq hissələr də mövcuddur. Ağdam Qarabağın mərkəzində, Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində və Kür-Araz ovalığının qərb hissəsində yerləşir. Bu strateji mövqe bölgəyə həm tarixi, həm müdafiə, həm də iqtisadi baxımdan xüsusi əhəmiyyət verir.

Ermənistanın təcavüzü nəticəsində Ağdam uğrunda gedən döyüşlər 1993-cü il 23 iyul tarixində rayon ərazisinin 73 faizinin işğalı ilə başa çatmışdır. 1993-cü il 29 iyul tarixində BMT Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul etmiş və işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etmişdir. Vətən müharibəsində qazanılmış Qələbədən sonra imzalanmış Üçtərəfli Bəyanata əsasən, 20 noyabr 2020-ci il tarixində Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verilmişdir. Bu tarixi hadisə nəticəsində bölgənin təhlükəsizliyi və gələcək inkişafı baxımından yeni imkanlar yarandı.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə şəhər günləri təsis edilmişdir. Həmin Sərəncama əsasən, 20 noyabr Ağdam şəhəri günü olaraq müəyyən olunmuşdur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 16 avqust tarixli qərarı ilə “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı” təsdiq edilmişdir. Bu plan çərçivəsində Ağdam Azərbaycanın dördüncü böyük şəhəri kimi müasir, yaşıl və rahat yaşayış məkanına çevriləcəkdir.  Dövlətimizin başçısının müvafiq Fərmanı ilə yaradılmış Ağdam Sənaye Parkı 190 hektar ərazini əhatə edir. Park işğaldan azad edilmiş ərazilərin iqtisadi bərpası, Qarabağın sənaye potensialının reallaşdırılması, sahibkarlığın dəstəklənməsi və məşğulluğun artırılması məqsədilə fəaliyyət göstərir. Burada 28 rezident fəaliyyət göstərir, ümumi investisiyaların həcmi 260 milyon manatdan çoxdur və 938 nəfər daimi işlə təmin edilmişdir.

Bərdə–Ağdam dəmir yolu xəttinin ikinci mərhələsi çərçivəsində inşa edilmiş Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi 10 may 2025-ci il tarixində istifadəyə verilib. Kompleks 8 hektarlıq ərazini əhatə edir və müasir standartlara uyğun gözləmə zalları, xidmət məkanları, restoranlar, mağazalar və 350 metrlik qapalı dəmir yolu platforması ilə seçilir.

Beləliklə, Ağdam şəhəri günü işğaldan azad edilmiş torpaqlarda həyata keçirilən sistemli bərpa və yenidənqurma proseslərinin parlaq göstəricisi olaraq şəhərin müasir, komfortlu və dinamik yaşayış məkanına çevrilməsini nümayiş etdirir. Bu əlamətdar tarix böyük qayıdışın rəmzi olmaqla yanaşı, bölgənin dayanıqlı inkişafına olan inamı daha da gücləndirir". 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://unikal.az
archiveBu xəbər 20 Noyabr 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see365

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see223

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see214

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see197

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see192

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see183

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see177

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see173

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see172

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see170

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see149

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see145

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see140

Hərbçilər və ədliyyə əməkdaşları üçün müavinət ödənişlərində YENİLİK VİDEO

04 Yanvar 2026 23:21see139

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see137

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see136

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see136

“Heç kimin tanımadığı bu gəncləri Azərbaycan futboluna qazandırmaq böyük fədakarlıqdır“

04 Yanvar 2026 22:01see134

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see131

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri