İşğaldan azad edilmiş ərazilərdə 11 avtomat hidroloji, 5 avtomat meteoroloji stansiya quraşdırılıb
Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.
İşğaldan azad edilmiş ərazilərdə yerüstü su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə 10 çay üzərində 11 avtomat hidroloji, eləcə də bu ərazilərdə hidrometeoroloji vəziyyətin öyrənilməsi üçün 5 avtomat meteoroloji stansiya quraşdırılaraq istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Kənan Kərimli Xankəndi şəhərində keçirilən Ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib.
Onun sözlərinə görə, həmçinin Xankəndi şəhəri ərazisində 1 dəst, Laçın rayonunun Güləbird kəndi ərazisində 1 dəst və Xocalı şəhəri yaxınlığında 1 dəst olmaqla, 3 avtomat aqrometeoroloji stansiya quraşdırılaraq işə salınıb.
“2025-ci ildə 5 ədəd olmaqla, o cümlədən Xankəndi şəhəri və Ağdərə rayonlarında avtomat meteoroloji stansiyaların quraşdırılması nəzərdə tutulur”, - deyə şöbə müdiri əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 10 Dekabr 2024 17:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















