İşğaldan azad edilmiş ərazilərdə daha 3 Radio Televiziya Yayım Stansiyasının işi bərpa edilib
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, AZCON Holding şirkətlərindən olan “Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən fəaliyyət ardıcıl şəkildə həyata keçirilir.
525.az xəbər verir ki, 29 dekabr 2025-ci il tarixində Ağdərə rayonu ərazisində yerləşən Talış, Kiçik Qarabəy və Həsənriz Radio-Televiziya Yayım Stansiyalarının işi bərpa edilib.
Bununla da işğaldan azad edilmiş ərazilərdə bu günədək bərpa edilən stansiyaların sayı 11-ə çatdırılmaqla rəqəmsal televiziya və FM radio yayımlarının əhatəsi və siqnal keyfiyyəti artırılıb.
Qeyd edək ki, 2026-cı il üzrə əhalinin köç qrafiki diqqətdə saxlanacaq və radio-televiziya proqramlarının tələb olunan ərazilərdə yayımının təmin edilməsi istiqamətində müvafiq tədbirlər görüləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 29 Dekabr 2025 20:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















