Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

Hamilə qadınlar dişlərini müalicə etdirə bilər?

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

İşğaldan azad edilmiş ərazilərdə həyat qaynayır, muğam sədası eşidilir…

İşğaldan azad edilmiş ərazilərdə həyat qaynayır, muğam sədası eşidilir…

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Naxçıvan, 14 may, AZƏRTAC

Sevincli günlər yaşayırıq. Əhvali-ruhiyyəmiz yaxşıdan da yaxşıdır. Niyə də olmasın!? Müstəqil Azərbaycanımızda, xüsusilə erməni işğalından xilas edilmiş Qarabağda, onun şəhər və kəndlərində sürətlə həyata keçirilən möhtəşəm quruculuq layihələri, təbii gözəlliklərə insan ağlı, zəkası ilə yeni gözəlliklər bəxş olunması bir ziyalı, Vətən övadı kimi məni də hədsiz sevindirir, qürurlandırır.

Bu fikirlər Azərbaycan Yazıçılar Birliyinin üzvü, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Fərəc Fərəcovun Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mayın 9-10-da Qarabağa səfərlərinə dair məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Hər dəfə televiziyadan Prezidentimizin Qarabağla bağlı səfərlərini, orada günbəgün artan sayagəlməz yenilikləri seyr etməkdən doymuram. Dövlət televiziyasında xəbər öncəsi quruculuq işlərini əks etdirən qısa süjetləri təkrar-təkrar seyr etdikcə köksüm fərəhlə dolur.

Prezidentimizin bölgələrə, xüsusilə də Qarabağa hər səfəri möhtəşəm açılışlarla və yeni təməlqoymalarla səciyyələnir. Bu günlərdə, daha doğrusu mayın 9-10-da Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Şuşada, Xocalıda bir sıra obyektlərin açılışında iştirakı, Qarabağın giriş qapısı sayılan Ağdama səfərləri yaddaqalan və unudulmaz oldu. Şuşa rayonunun Daşaltı kənd məscidinin tikilib istifadəyə verilməsi milli-mənəvi dəyərlərimizə qayıdışın növbəti ifadəsinə çevrildi. Hafizəmiz təzələndi. Xatırladım ki, düşmən işğal dövründə 60-dan çox məscidimizi dağıdıb, təhqir etmişdi. Bu vəhşiliyi əks etdirən görüntülər hər birimizin ürəyini dağlamışdı. Ancaq şükürlər olsun ki, aradan ötən 5 ilə yaxın müddətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə mənəvi dəyərlərimizin ayrılmaz parçası sayılan məscidlərimiz də yenidən bərpa olunur, yenidən qurulur.

Hər dəfə olduğu kimi, Prezidentimizin Şuşa, Xocalı, Ağdam səfərini də telekanallardan diqqətlə izlədim. Tarixi Zəfərimizin rəmzi sayılan Şuşa bu gün əzəli görkəminə qovuşur, baxdıqca baxılır, göz oxşayır ana yurdumuz. Mayın 9-da dördüncü yaşayış kompleksinin təməlinin qoyulması qayıdışımızın Şuşa səhifəsinin daha da zənginləşəcəyinin müjdəçisi oldu. Eyni zamanda, uzun illər yaralı yerimiz olan, qanadıqca qanayan “Xocalı” adlı yaramıza məlhəm sürülür, Xocalıya da həyat qayıdır. Ötən il rayonda 32 il öncə yarımçıq qalmış toy mərasiminin keçirilməsi hər birimizi sevinc göz yaşlarına boğmuşdu. Bəli, illər ötsə də 1992-ci ilin 26 fevralını unutmuruq və heç vaxt da unutmayacağıq. Ali Baş Komandanımızın rəhbərliyi ilə quracağımız yeni Xocalı isə düşmənə ən böyük göz dağımız olacaq.

Ağdamda Muğam Mərkəzinin, dəmiryol vağzalının və avtovağzal kompleksinin açılışları, Kəngərli kəndindəki yeniliklər, yeni evlərin sahiblərinə paylanması isə dövlətimizin böyük iqtisadi, siyasi, sosial gücünün bariz göstəricisidir. İşğaldan azad olunmuş ərazilərdə düşmənin törətdiyi dağıntılar üzərində yenidən göz oxşayan şəhər və kəndlərin salınması, 30 il həsrətdə qalmış keçmiş məcburi köçkünlərin doğma yurda qayıtması, onların sosial-mədəni ehtiyaclarının ödənilməsi dövlətimizin ən prioritet məqsədlərindəndir.

Dövlət başçımızın Ağdama səfəri, möhtəşəm açılış tədbirlərini gerçəkləşdirməsi, yaddaqan səmimi, təsirli görüşləri mayın 10-da oldu. Bu gün heç də təsadüfi seçilməmişdi. Çünki həmin tarix Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür. Bu dahi şəxsiyyət çətinə, dara düşmüş xalqımızı yad əllərdən, qanlı düşmən caynağından xilas edib, inkişaf yoluna çıxartdı, müstəqilliyimizi əbədi etdi. Onun qurub-yaratdığı yenilənmiş Azərbaycanı isə siyasi varisi və özü qədər inandığı Prezident İlham Əliyev bir daha yüksəltdi, torpaqlarımızı erməni işğalçılarından tam azad etdi. Və beləliklə “qalib ordu”, “qalib Azərbaycan” ifadələri bütün dünyaya yayıldı.

Müzəffər Ali Baş Komandanımızın mayın 10-da reallaşan Ağdam səfəri Ulu Öndərin ruhunu şad etməklə bərabər, onun siyasi xəttinin nə dərəcədə geniş və dərin çalarlarla davam etdirildiyinin bariz göstəricisi oldu. Ağdam Muğam Mərkəzinin açılışı və orada Prezident İlham Əliyevin ürəkləri titrədən mənalı, düşündürücü çıxışı, hafizələrdən silinməyəcək canlı konsert, tədbir sonrası görüşlər, məşhur “Qarabağ” mahnısının birlikdə ifa edilməsi dövlət və xalqın birliyinin əsl təntənəsinə çevrildi. Bu qəlb coşduran səhnələri seyr etdikcə mədəniyyətimizə, o cümlədən musiqimizə, muğam sənətinə nə qədər dəyər verildiyi gözlərimiz önündə canlanır.

Bir sözlə, indi Şuşaya, Xocalıya, Ağdama, işğaldan azad edilmiş digər ərazilərə qayıdan əbədi həyatın, əbədi dəyərlərin və muğamın sədasını duyuruq…

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 May 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see282

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see274

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see249

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see239

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see217

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see205

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see181

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see163

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see160

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see154

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see145

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see144

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see142

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see141

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see141

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see139

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see136

Hamilə qadınlar dişlərini müalicə etdirə bilər?

26 Dekabr 2025 06:14see134

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see134

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri