İşğaldan azad olunan rayonlarda nə qədər insanın yaşadığı açıqlandı
Icma.az, Yeniavaz saytına istinadən bildirir.
Ölkə əhalisinin sayı ilin əvvəlindən 8 min 253 nəfər və ya 0,1% artaraq 2025-ci il aprel ayının 1-i vəziyyətinə 10 milyon 233 min 142 nəfərə çatıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ölkə əhalisinin 54,4%-ini şəhər, 45,6%-ini kənd sakinləri, 49,8%-ini kişilər, 50,2%-ini isə qadınlar təşkil edir.
Məlumatda bildirilir ki, 01.05.2025-ci il tarixədək işğaldan azad edilən ərazilərin bərpa olunan yaşayış məntəqələrinə 13 min 745 nəfərdən ibarət 3 min 464 ailənin qayıdışı təmin edilib. İşğaldan azad edilən ərazilərdə bərpa-quruculuq işləri və digər peşə fəaliyyəti ilə bağlı müvəqqəti yaşayan şəxslərin və onların ailə üzvlərinin sayı isə 28 min 249 nəfər təşkil edib. Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində təhsil alan 1 150 nəfər tələbə də nəzərə alınmaqla işğaldan azad edilən ərazilərdə məskunlaşan əhalinin ümumi sayı 43 min 144 nəfər təşkil edib.
Bu mövzuda digər xəbərlər:İşğaldan azad olunan rayonlarda nə qədər mal qara var? Siyahı
16 Aprel 2025 15:33
Bu il işğaldan azad olunan rayonlarda nə qədər yeni iş yeri açılıb? Siyahı
21 May 2025 11:29
Ötən il işğaldan azad olunan rayonlarda nə qədər ev və məktəb istifadəyə verilib?
12 Fevral 2025 19:01
İşğaldan azad olunan rayonlarda nə qədər iş yeri və müəssisə açılıb? Tam siyahı
16 Dekabr 2024 17:29
İşğaldan azad olunan bu rayonlarda sahibsiz itlər peyvəndlənəcək
13 Mart 2025 12:17
Baxış sayı:118
Bu xəbər 15 May 2025 12:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















