Icma.az
close
up
RU
İşgəncələrə məruz qalırdım Ermənistanda əsirlikdə olan şəxs

İşgəncələrə məruz qalırdım Ermənistanda əsirlikdə olan şəxs

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

İyulun 3-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərində əsir və girov götürülmüş şəxslər ifadə veriblər.

"Unikal" xəbər verir ki, zərərçəkmiş şəxs Elnur Mehdiyev ifadəsində Goranboy rayonunda yerləşən taborda əsgər kimi hərbi xidmət edən zaman yolu azması nəticəsində 2000-ci il fevralın 1-də erməni hərbçiləri tərəfindən əsir götürüldüyünü bildirib. O, Ermənistan silahlı qüvvələrinin blindajına aparılaraq yumruq-təpiklə, avtomat silahın qundağı ilə vəhşicəsinə döyüldüyünü, daha sonra blindajın qarşısındakı dirəyə iplə bağlanılmaqla gecədən səhərədək ayaqyalın qarın üstündə saxlanıldığını deyib. Nəticədə ayaqları şaxta vurması nəticəsində donub. Səhəri gün, yəni, fevralın 2-də Xocalı şəhərində yerləşən xəstəxanaya aparılaraq sol ayağının bütün barmaqları amputasiya edilib. O, daha sonra Xankəndi şəhərində yerləşən xəstəxanaya aparılaraq bir müddət orada saxlanılıb. İyulun 11-də isə Ermənistana aparılaraq orada təcridxanada saxlanılıb. Zərərçəkmiş şəxs əsir saxlanıldığı müddətdə mütəmadi olaraq döyüldüyünü, ağır fiziki və psixoloji işgəncələrə məruz qaldığını bildirib. Bir həftə sonra əsirlikdən azad edilərək Azərbaycana təhvil verilib.

O, prokurorların suallarını cavablandırarkən əsir düşəndən sonra müqavimət göstərmədiyini, məhz azərbaycanlı olduğuna görə işgəncələrə məruz qaldığını deyib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://unikal.az
archiveBu xəbər 03 İyul 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu çox ucuz vətənpərvərlik propaqandasıdır

20 Avqust 2025 17:47see328

Frenki de Yonqun yeni agenti Deku ilə görüşüb

20 Avqust 2025 17:20see147

Qarabağ ın Budapeşt zəfəri Video

20 Avqust 2025 02:51see130

ÇL: Pley offda gecənin nəticələri

20 Avqust 2025 01:23see128

Bakıda torpaq bahalaşıb VİDEO

20 Avqust 2025 00:29see128

Sabiq icra başçısının polkovnik oğlu vəfat etdi

20 Avqust 2025 16:24see125

Mayor VƏFAT ETDİ görün kimi QARDAŞI imiş... FOTO

21 Avqust 2025 10:40see123

17 maddəlik sülh sazişinin əsas elementi budur…

20 Avqust 2025 17:38see123

Qurban Qurbanov: Hesabda üstünlüyümüz olsa da, bu, heç kimi aldatmamalıdır

20 Avqust 2025 01:35see122

Solaxaylarla bağlı yeni araşdırma: Risk daha böyükdür

20 Avqust 2025 02:11see122

Burak Yılmaz bu komandanın baş mıəşqçisi oldu AÇIQLAMA

20 Avqust 2025 00:23see122

Aynişan: “Restoranda “steak” 200 manat idi, dedim, nə yaxşı ucuzdur” VİDEO

21 Avqust 2025 18:15see119

Edin Cekodan Türkiyə futbolu və azarkeşləri barədə maraqlı sözlər

20 Avqust 2025 18:20see118

Rəqsanə İsmayılovanın vəkilindən müğənnini dələduzluqda ittiham edən şəxsin videomüraciətinə MÜNASİBƏT

20 Avqust 2025 19:40see118

Şəmkirdə dönərdən zəhərlənən 20 nəfərin siyahısı açıqlandı YENİLƏNİB

21 Avqust 2025 01:39see116

Qələbəni “Qarabağ”lı azarkeşlərlə birgə qeyd etdilər Budapeştdən video

20 Avqust 2025 01:14see114

Tramp Zelenski Avropa görüşü: İsti idi, amma yanmadı...

20 Avqust 2025 01:01see113

CNN: Macarıstan və İsveçrə Ukrayna sammiti üçün nəzərdə tutulub

20 Avqust 2025 08:31see112

Gəncədə qəza nəticəsində 4 nəfər xəsarət alıb

20 Avqust 2025 00:32see112

İndi istedadlı gənclər xaricdə oxumağa üstünlük verir

20 Avqust 2025 08:52see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri