Icma.az
close
up
RU
İşgəncəyə məruz qalan azyaşlı ilə bağlı ekspertiza təyin edilib YENİLƏNİB KONKRET

İşgəncəyə məruz qalan azyaşlı ilə bağlı ekspertiza təyin edilib YENİLƏNİB KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Bakıda fiziki zorakılığa məruz qalmış yetkinlik yaşına çatmayan şəxsə yetirilən xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin edilib.

KONKRET.az xəbər verir ki, bu barədə “Report”a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib.   Qeyd edilib ki, qəyyumluğun ləğv edilməsi və uşağın xəstəxanaya yerləşdirilməsi üçün aidiyyəti dövlət qurumları ilə birgə zəruri işlər görülür:   “Bakı şəhəri, Sabunçu rayon ərazisində baş vermiş hadisə ilə bağlı Dövlət Komitəsi tərəfindən dərhal aidiyyəti qurumlarla əlaqə saxlanılıb. Hadisə ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya və Sabunçu Rayon Polis İdarəsi tərəfindən ailəyə səfər həyata keçirilib. Səfər zamanı yuxarıda adı çəkilən ünvanda yalnız yetkinlik yaşına çatmayan uşağın 21 yaşlı qardaşının olduğu, uşağın isə qəyyumu tərəfindən Lənkəran şəhərinə apardığı məlum olub.   Hüquq mühafizə orqanları tərəfindən yeniyetmənin ona qarşı zorakılıq törətməkdə şübhəli bilinən qəyyumu ilə birgə dərhal Bakıya gətirilməsi təmin edilib. Hazırda faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis bölməsində təhqiqat araşdırması aparılır”.

17:18

Bakı şəhərinin Sabunçu rayonunda işgəncəyə məruz qalan azyaşlı sığınacağa yerləşdiriləcək.

Bu barədə “Report”un sorğusuna cavab olaraq DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib.

Qeyd edilib ki, yetkinlik yaşına çatmayan şəxsin fiziki zorakılığa məruz qalması ilə bağlı Sabunçu rayon polis bölməsində hazırda təhqiqat araşdırması aparılır.

Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib.

Qəyyumluğun ləğv edilməsi və uşağın sığınacağa yerləşdirilməsi üçün aidiyyəti dövlət qurumları ilə zəruri işlər görülür.

10:22

Daxili İşlər Nazirliyi Sabunçuda işgəncəyə məruz qaldığı iddia edilən azyaşlı ilə bağlı araşdırmalara başlayıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirib ki, faktla bağlı müvafiq araşdırmalar aparılır.

10:11

Bakı şəhərinin Sabunçu rayonunda xalasının işgəncə verdiyi iddia edilən azyaşlı ilə bağlı araşdırma aparılır.

“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Report”a bildirib ki, azyşalının zorakılığa məruz qalması barədə qonşular məlumat veriblər:

“Uşağın atası və anası vəfat edib, xalası ilə yaşayır. Artıq polis əməkdaşları ilə də əlaqə saxlanılıb. Rayon icra hakimiyyətinin nümayəndələri, polis əməkdaşları hazırda hadisə yerinə gedirlər. Ətraflı məlumat veriləcək”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı araşdırma aparılır:

“Bakı şəhəri, Sabunçu rayon ərazisində baş vermiş hadisə ilə bağlı dərhal aidiyyəti qurumlarla əlaqə saxlanılıb. Hazırda uşağın olduğu ailəyə Sabunçu Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın və hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən baxış həyata keçirilir. Hadisə ilə digər məlumatlar araşdırma gedişatında bəlli olacaqdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://konkret.az
archiveBu xəbər 01 Sentyabr 2025 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri