Icma.az
close
up
RU
İsgəndər Cavadov: Milliyə bir şərtlə xaricdən məşqçi dəvət etmək olar ki...

İsgəndər Cavadov: Milliyə bir şərtlə xaricdən məşqçi dəvət etmək olar ki...

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

"Mən həmişə millidə yerli mütəxəssisin çalışmasının tərəfdarı olmuşam. İcraiyyə Komitəsində təmsil olunduğun illərdə dəfələrlə bu məsələni qabardıb, yığmaya yerli məşqçinin dəvət olunmasını təklif etmişəm". Bu sözləri Sport24.az açıqlamasında Regional Futbol Federasiyalıarı İctimai Biriliyinin prezidenti İsgəndər Cavadov deyib. 

"Şöhrət" ordenli veteran futbolçu Ayxan Abbasovun millinin baş məşqçisi təyin olunmasına münasibət bildirib:

"Hər dəfə İcraiyyə Komitəsində (İK) yığmanın baş məşqçisi ilə bağlı məsələ müzakirəyə çıxarılanda yerli mütəxəssislə müqavilə bağlamağı təklif edirdim. İndi bəziləri deyir ki, İsgəndər müəllim İK-da olanda millidə əcnəbilərin işləməsinə səs verib. Sizi əmin edirəm ki, belə olmayıb. Bunu mənimlə bir yerdə olanlar təsdiq edə bilər. Bəzən sözlərimi səhv anlayırlar, barəmdə xoşagəlməz fikirlər sələndirirlər. İsgəndər Cavadov veteran futbolçu, ictimaiyyət arasında tanın şəxs kimi hər zaman ölkə futbolunun inkişafına, yığmanın uğur qazanmasına çalışıb. Hansısa xarici məşqçinin namizədliyi müzakirəyə çıxarılanda deyirdim ki, bizə kənardan mütəxəssis lazım deyil. Heyətin 99 faizi Azərbaycan çempionatında çıxış etdiyi halda əcnəbinin gəlişinin bizə fayda verməyəcəyini izah etməyə çalışırdım. Ancaq çifayda. Səsvermədə heç də hər şey mənim istəyimdən asılı olmurdu. Ayxan Abbasova belə məsuliyyətli postda uğurlar arzulayıram. İnanıram ki, milli onun rəhbərliyi altında bizləri sevindirəcək, əbəs yerə yerli məşqçiyə etimad göstərilmədiyini sübut edəcək".

Cavadov millinin üzvlərinin legioner həyatı yaşamasının vacibliyini də qeyd edib: "İnkişaf etmək, millimizin uğur qazanmasını istəyiriksə, futbolçularımız mütləq şəkildə ölkə xaricinə, Avropanın ən azı ortabab çempionatlarına üz tutmalıdırlar. Qonşu Gürcütanın milisi nəyin hesabına uğur qazanır? Təbii ki, legioner həyatı yaşayan futbolçuların sayəsində. İl ərzində eyni komandalara, eyni futbolçulara qarşı nə qədər oynamaq olar? Legioner həyatı yaşayan oyunçu fərqli futbol mədəniyyəti ilə tanış olur, evdən uzaqda özünü təsdiq etmək üçün var qüvvəsi ilə çalışır. Milliyə bir şərtlə xaricdən məşqçi dəvət etmək olar ki, heç olmasa komandanın yarıdan çoxu legioner həyatı yaşasın, Avropa mentallığı ilə tanış olsun. Onda da orta səviyyəli, yaşı ötmüş biri ilə yox. Müasir futbolun tələblərinə cavab verən mütəxəssis olmalıdır". 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:19
embedMənbə:https://sport24.az
archiveBu xəbər 05 Noyabr 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tarixə düşən kişi

04 Noyabr 2025 11:57see208

Antiinhisar Agentliyi:”Ombudsmana cavab verəcəyik”

04 Noyabr 2025 12:04see208

​Televiziya aparıcısı anasını bıçaqlayaraq öldürdü

03 Noyabr 2025 23:31see200

“Bu istiqamətlər tam şəkildə nəzərə alınıb”

04 Noyabr 2025 12:17see188

Müəllimlər cəmiyyətin yükünü daşıyan müdriklərdir

03 Noyabr 2025 16:38see181

Sian şəhərinin meri “Biznes Park Abşeron” layihəsi ilə tanış olub

04 Noyabr 2025 08:48see172

Mirədalət Talışxanova hökm oxundu

04 Noyabr 2025 17:57see152

Gülnarə Xəlilovanın kolleksiyaları Rumıniya Parlament Sarayında təqdim olunub dizayner nüfuzlu mükafata layiq görülüb FOTO

03 Noyabr 2025 18:46see149

Paşinyan artıq düzgün və konstruktiv siyasət yürütməyə başlayıb

04 Noyabr 2025 01:21see140

Bakıda metrolarda yeni ödəniş qaydası tətbiq olunur

04 Noyabr 2025 16:34see138

Səmaya nəzarət: JF 17 ilə Su 30 qarşı qarşıya Qafqazın həqiqi sahibi kimdir?

04 Noyabr 2025 12:18see138

Finlandiya Prezidenti: Zelenski və Putinin G20 sammitində görüşü mümkündür

04 Noyabr 2025 01:53see136

Yaponiya Kremlə zərbə endirir...

04 Noyabr 2025 21:47see134

İstanbulda Qəzza üzrə zirvə görüşü başlayıb

03 Noyabr 2025 16:39see132

Keçmiş qayınanam üçün darıxıram

03 Noyabr 2025 19:48see128

Xəzərdə batma təhlükəsi ilə üzləşən 3 balıqçı xilas olundu Video

03 Noyabr 2025 16:38see128

İsraildə terrorçuların edam edilməsi haqqında qanun təsdiqlənib

04 Noyabr 2025 04:28see127

Yəməndə Əl Qaidə komandiri öldürülüb

05 Noyabr 2025 00:52see124

25 ildən sonra insanlar necə görünəcək? Mütəxəssislərdən xəbərdadlıq

03 Noyabr 2025 20:00see122

ÇL: “Bavariya” PSJ ni , “Liverpul” “Real”ı məğlub edib YENİLƏNİB

05 Noyabr 2025 02:03see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri