İshaq Dar İslamabad görüşü barədə Əraqçini məlumatlandırıb
Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə iranlı həmkarı Abbas Əraqçi arasında telefon danışığı baş tutub.
"Report" İran mediasına istinadən xəbər verir ki, söhbət zamanı ABŞ və İsrailin İrana hücumları müzakirə olunub.
"Region ölkələri və beynəlxalq ictimaiyyət ABŞ ilə İsrailin qanunsuz hücumları və beynəlxalq hüquq normalarına zidd addımlarına etiraz etməlidir", - A. Əraqçi bildirib.
İ. Dar isə İranın suverenliyinə və ərazi bütövlüyünə qarşı hərbi təcavüzü pisləyib:
"Müharibəni dayandırmaq üçün səy göstəririk. İslamabadda Pakistan, Türkiyə, Misir və Səudiyyə Ərəbistanının xarici işlər nazirlərinin dördtərəfli görüşü də buna hesablanıb".
Pakistanın XİN rəhbəri region ölkələrinin səyləri ilə müharibənin dərhal dayandırılması, eləcə də regiona təhlükəsizlik və sabitliyin qayıtmasına ümid etdiyini bildirib.
Qeyd edək ki, İslamabadda Pakistan, Türkiyə və bir sıra digər ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə Yaxın Şərqdə gərginliyin azaldılması və İran ətrafındakı vəziyyətə dair iki günlük danışıqlar başlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 29 Mart 2026 15:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















