İsi Mustafayev yüksək vəzifəyə təyin edildi
Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.
İsi Mustafayev “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin Baş İcraçı direktoru təyin olunub.
“Yeni Sabah” xəbər verir ki, o, vəzifəsinin icrasına başlayıb.
İ.Mustafayev maliyyə sektorunda uzunmüddətli idarəçilik təcrübəsinə malikdir. O, 2023-2026-cı illərdə Azərpoçt MMC-nin İdarə Heyətinin sədri, 2022-2023-cü illərdə isə İdarə Heyətinin üzvü vəzifələrində çalışıb. Marqarita pizza
İ.Mustafayev bundan əvvəl 2020-2021-ci illərdə Rabitəbank ASC-də, 2016-2020-ci illərdə isə AG Bank ASC-də departament direktoru olub.
O, əmək fəaliyyətinə 2000-ci ildə “Partner Investment” MMC-də iqtisadçı kimi başlayıb. 2003-2016-cı illərdə isə Azərbaycan Mərkəzi Bankında müxtəlif vəzifələrdə çalışaraq iqtisadçı, baş iqtisadçı və Kredit Təşkilatlarına Nəzarət Departamentinin müdiri vəzifələrini tutub.
Şirkət rəhbərliyi İsi Mustafayevin maliyyə, bankçılıq və korporativ idarəetmə sahələrindəki geniş təcrübəsinin “PAŞA Kapital”ın gələcək inkişaf strategiyasının həyata keçirilməsinə mühüm töhfə verəcəyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 03 İyun 2026 10:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















