Icma.az
close
up
RU
İşini itirənlərin kredit borcu ilə bağlı yeni təklif KONKRET

İşini itirənlərin kredit borcu ilə bağlı yeni təklif KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda işini itirən şəxslərin kreditlərinin sığortalanması ilə bağlı yeni mexanizm hazırlanır. Bu təşəbbüs cəmiyyətdə müxtəlif suallar yaradıb. Bəziləri hesab edir ki, bunun yükü dolayısı ilə digər vətəndaşların üzərinə düşəcək.

Bəs əslində bu sistem necə işləyəcək və kim ödəniş edəcək? Doğrudanmı işləməyənlərin kreditini işləyənlər ödəyəcək, yoxsa bu sığorta sistemi tam fərqli prinsiplə fəaliyyət göstərəcək? Bu mexanizm kreditlərin faizinə və ya ümumi xərcinə təsir göstərə bilərmi?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Emin Qəribli deyib ki, Azərbaycanda kredit götürən şəxslərin işini itirməsi riskinə qarşı sığortalanması ilə bağlı təklif, ümumilikdə, müsbət qiymətləndirilə bilər:

“Belə bir mexanizm tətbiq olunarsa, vətəndaş işini itirdiyi halda müəyyən müddət ərzində kredit ödənişləri sığorta hesabına qarşılanacaq. Bu da həm borcalanın maliyyə yükünü azaldacaq, həm də bankların kredit risklərini aşağı salacaq. Dünya təcrübəsində bu sahədə müxtəlif modellər mövcuddur. Bəzi ölkələrdə sığorta haqqını tamamilə borcalan ödəyir, bəzilərində bank bu xərci öz üzərinə götürür, digər hallarda isə ödəniş bank və borcalan arasında bölüşdürülür. Əsas məqsəd gözlənilməz hallarda kredit ödənişlərinin davamlılığını təmin etməkdir”.

İqtisadçının sözlərinə görə, əgər belə bir sığorta məcburi tətbiq edilərsə, təbii ki, kredit götürən şəxslər əlavə ödəniş etməli olacaqlar:

“Bu isə müəyyən mənada onların maliyyə yükünü artıracaq. Xüsusilə də nəzərə alsaq ki, Azərbaycanda kredit faizləri onsuz da yüksəkdir, əlavə sığorta haqqı bəzi vətəndaşlar üçün çətinlik yarada bilər. Bununla belə, vacib məqamlardan biri şəffaflığın təmin edilməsidir. Bank kredit faizini və sığorta haqqını ayrı-ayrılıqda göstərməli, müştəriyə hansı məbləğin kreditə, hansının isə sığortaya aid olduğunu aydın şəkildə izah etməlidir. Bu ödəniş kredit faizinin tərkib hissəsi deyil, ayrıca sığorta xidmətinin haqqıdır”.

E.Qəriblinin fikrincə, bu mexanizm düzgün hazırlanıb tətbiq olunarsa, həm bank sektoru, həm də vətəndaşlar üçün faydalı ola bilər:

“İşini itirən şəxsin kredit öhdəliyinin müəyyən müddət ərzində sığorta tərəfindən qarşılanması maliyyə sabitliyinin qorunmasına kömək edər. Görünür ki, bu təşəbbüsün gündəmə gətirilməsi də belə halların kifayət qədər geniş yayılması ilə əlaqədardır və onların yaratdığı problemlərin qarşısını almağa yönəlib. Əgər bu model beynəlxalq təcrübədə uğurla tətbiq olunursa, Azərbaycanın da onu öz qanunvericiliyinə və bazar şəraitinə uyğunlaşdıraraq tətbiq etməsi məqsədəuyğun olar”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://konkret.az
archiveBu xəbər 28 İyul 2026 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see496

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see492

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see399

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see394

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see369

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see363

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see353

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see352

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see349

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see329

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see301

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see296

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see249

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see244

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see242

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see225

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see223

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see215

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see211

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri