Icma.az
close
up
RU
İşıqlı gələcəyin təcəssümü: Cəbrayıla növbəti köç!

İşıqlı gələcəyin təcəssümü: Cəbrayıla növbəti köç!

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Prezident İlham Əliyev: "Aydan-aya, ildən-ilə qayıdan vətəndaşların sayı çoxalacaq, Qarabağ, Şərqi Zəngəzur dirçələcək"

Qarabağ və Şərqi Zəngəzur tarixi dövrlərinin ən gözəl zamanını yaşayır. Qələbəyə, Zəfərə şahidlik edən doğma yurd yerləri bu gün ardı-arası kəsilməyən köç karvanlarını qarşılayır. Böyük sevgi ilə yurd yerlərinə dönənlər bu torpağın nəfəsini duymağı, onun üzərində gəzməyi, dolaşmağı, yaşamağı illərdir ki arzu edirdilər. Bu torpaqlar müqəddəs yerlərdir – həm tarixi baxımından, həm də şəhid qanı ilə suvarıldığından. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, yenidən qurulan Cəbrayıl şəhəri də öz doğma sakinlərini qarşılayır. İyulun 30-da respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Cəbrayıla çatıb. Bu mərhələdə Cəbrayıl şəhərinə 44 ailə - 166 nəfər köçürülüb.

Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Hazırda Qarabağda və Şərqi Zəngəzurda oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 50 mindən çox insan yaşayır.

"MÜHARİBƏNİN BİRİNCİ HƏFTƏSİNDƏ ŞƏHƏR, RAYON MƏRKƏZİ AZAD EDİLMİŞDİ"

"Bu gün Azərbaycan ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır!" Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 4 oktyabr 2020-ci il tarixli rəsmi "Twitter" səhifəsində yazmışdı. Həmin gün Cəbrayıl şəhəri və rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu, Cəfərabad kəndləri işğaldan azad olunmuşdu. "Oktyabrın 4-ü bizim tariximizdə əbədi qalacaq. Çünki oktyabrın 4-də Cəbrayıl şəhəri işğalçılardan azad edildi və bu Qələbənin çox böyük mənası var idi. Çünki ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilmişdi", - deyə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirmişdir: "Bu, bizim Ordumuza əlavə güc verdi, inam verdi və bu Qələbədən sonra bizim şanlı Ordumuz öz tarixi missiyasını digər yerlərdə də icra etmişdir. Cəbrayıllılar yaxşı bilirlər ki, müharibənin ilk günündə Cəbrayılın iki kəndi işğalçılardan azad edilmişdir – Böyük Mərcanlı və Nüzgar kəndi və Füzuli rayonunun 4 kəndi və bu, bizim birinci uğurumuz idi".

2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhəri düşmən tapdağından azad olundu. Üçrəngli müqəddəs Azərbaycan bayrağı Cəbrayılda dalğalanır. Vətən Müharibəsi başa çatandan az sonra – 2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna səfər etdi. İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Cəbrayıl rayonunun yeni dövrü başlandı: abadlıq-quruculuq dövrü. Erməni vandalları, təcavüzkarları tərəfindən dağıdılmış ərazi yenidən qurulur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Cəbrayıl rayonuna səfərləri və yeni məkanların təməlinin qoyulması, açılışların edilməsi, görülən işlərlə tanışlıq və tapşırıqların verilməsi işıqlı gələcəyimizin təcəssümüdür.

CƏBRAYILDA MÜASİR İNFRASTRUKTUR

Bu gün işğaldan azad olunan və üçrəngli bayrağımız dalğalanan Cəbrayılda müasir infrastruktur yaradılır. Dövlətimizin başçısı hələ Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin birinci ildönümündə bu əraziyə səfər edərək Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının, məktəb binasının və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin və "Araz Vadisi İqtisadi Zonası"nın təməllərini qoyub, həmçinin "KamAZ" ASC ilə "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin birgə servis mərkəzinin açılışında iştirak etmişdir. Eyni zamanda Cəbrayıl rayonunda 110/35/10 kilovoltluq "Cəbrayıl" yarımstansiyasının açılışını etmişdir. 44 günlük Vətən müharibəsində işğaldan azad edilən Cəbrayıl rayonuna Füzulidəki "Şükürbəyli" yarımstansiyasından uzunluğu 31 kilometr olan 110 kilovoltluq ikidövrəli 1-ci və 2-ci "Cəbrayıl" hava xətləri çəkilib. Bir vaxtlar qoşunların təmas xətti olduğundan tamamilə minalanmış yerlərdən keçən xəttin uzandığı ərazi partlamamış sursatlardan təmizlənib. Hava xəttinin ildırımdan mühafizəsi və yarımstansiyalararası siqnalların ötürülməsi üçün zəruri işlər görülüb. Yeni yarımstansiyada 110 kilovoltluq Açıq Paylayıcı Qurğu tikilib. O cümlədən 110/35/10 kilovoltluq "Qubadlı" və "Zəngilan" yarımstansiyalarının qidalandırılması məqsədilə Cəbrayıldan çəkilən ikidövrəli ötürmə xətlərinin qoşulması üçün texniki cəhətdən yarımstansiyada lazımi şərait yaradılıb.

"Cəbrayıl" yarımstansiyası, ilk növbədə, bu rayonda yerləşən hərbi obyektləri, yeni yaradılan sosial-iqtisadi infrastruktur layihələrini, eləcə də rayonun ümumi şəhərsalma konsepsiyasına əsasən, Cəbrayıl şəhərini və bütövlükdə rayonun bütün kənd-qəsəbələrini elektrik enerjisi ilə təmin edir.

2026-CI İLDƏ 3 800 NƏFƏR ŞƏHƏRDƏ MƏSKUNLAŞACAQ

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev dörd il əvvəl Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışını edib. Hərbi hissənin silah və döyüş texnikası arsenalına "Harop" və "Quzğun" zərbəendirici pilotsuz uçuş aparatları, tank əleyhinə dəzgahlı qumbaraatanlar, tank əleyhinə idarə olunan raketlər, 120 millimetrlik və 82 millimetrlik minaatanlar, zenit qurğuları və digər müasir silah sistemləri, atıcı, qrup və snayper silahları, müşahidə və gecəgörmə cihazları, termal qurğular və nişangahlar, xüsusi təyinatlı avadanlıqlar, həmçinin zirehli transportyorlar, yüksək keçidli avtomobillər, zirehli döyüş maşınları daxil edilib. Dövlətimizin başçısının tapşırığına əsasən işğaldan azad olunan ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə fəaliyyətlər davam etdirilir.

Ərazisi 64 hektar olan hərbi hissə kompleksinə qərargah binası və əsgər yataqxanası, şəxsi heyətin xidməti yüksək səviyyədə aparması üçün lazımi şəraitlə təmin edilən iş otaqları, yeməkxana binası, hamam-camaşırxana, yaşayış şəhərciyi, avtomobil texnikasının saxlanması üçün bokslar, silah, yanacaq, ərzaq və əşya-geyim anbarları daxildir.

Bu gün görülən işlərin miqyası genişlənib. .Məlumdur ki, 2026-cı ilədək dövrü əhatə edən "Böyük Qayıdışa dair I Dövlət proqramı"na müvafiq olaraq, işlər həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma, abadlıq və quruculuq işlərinin aparılması məqsədi ilə bütün güclər səfərbər olunub və görülən işlərə dövlət başçımızın şəxsən nəzarət etməsi, onu deməyə əsas verir ki, tezliklə işğaldan azad edilən ərazilərimiz cənnətə çevriləcək.

Bildiyimiz kimi, Cəbrayıl şəhərinin bərpası və inkişafı üçün 4 mərhələ nəzərdə tutulur. Cəbrayılın Baş Planına əsasən, 2026-cı ilin sonunadək təqribən 3 800 nəfər şəhərdə yerləşdiriləcəkdir. 2040-cı ilin sonuna qədər Cəbrayıl şəhərində 15 000 sakinin yaşayacağı proqnozlaşdırılır. Baş planda yaşayış üçün 143 hektar ərazi ayrılıb və burada az, orta mərtəbəli binaların, həyətyanı sahəyə malik fərdi yaşayış evlərinin inşası nəzərdə tutulub. Əhalinin 82%-nin orta və azmərtəbəli çoxmənzilli binalarda, 18%-nin isə fərdi evlərdə yaşayacağı planlaşdırılıb. Yaşayış evlərinin layihələndirilməsi zamanı şəhər ərazisindən səmərəli istifadə və müasir memarlıq həlləri əsas götürülüb.

Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəbin binası artıq istifadəyə verilib. Doğma torpaqlarına geri dönən cəbrayıllı şagirdlər ən müasir tələblərə cavab verən təhsil ocağında oxuyurlar. Bu tam orta məktəblə yanaşı, Cəbrayıl şəhərində daha 3 məktəb də tikiləcəkdir. Qeyd edək ki, məktəb 1876-cı ildə tikilib istifadəyə verilmişdi.

SABİTLİK VƏ DAYANIQLI İNKİŞAF

Şəhərin Baş planının hazırlanması zamanı məskunlaşma sisteminin formalaşdırılmasında əhalinin məşğulluğunun davamlılığı əsas götürülüb. Şəhərin məşğulluq imkanları rayon ərazisindən keçən beynəlxalq əhəmiyyətli magistral yollar və zəngin təbii ehtiyatlar nəzərə alınmaqla proqnozlaşdırılıb. Baş planda ictimai-işgüzar zona üçün 22.87 ha ərazi ayrılıb. Burada inzibati və ofis binaları, mərkəzi meydan, mədəniyyət, ictimai-iaşə və turizm obyektləri yerləşdiriləcək.

Şəhərin Baş planı hazırlanarkən nəqliyyatın planlaşdırılması zamanı insanyönümlü şəhər və təhlükəsiz hərəkət prinsipləri əsas götürülüb. Cəbrayıl şəhərində küçə-yol şəbəkəsinin ümumi uzunluğu 45 km-dən çox olacaq.

Əlbəttə ki, işğaldan azad olunan ərazilərimizdə infrastruktur layihələr, yeni yolların çəkilişi, yaşayış yerlərinin təməlinin qoyulması, iaşə müəssisələrinin açılışı və s. planlı şəkildə layihələr əsasında həyatı keçirilir. Bu gün işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı layihələr təkcə bərpa və yenidənqurma deyil, həm də gələcəyə doğru inamlı və strateji addımların bariz ifadəsidir. Burada salınan hər yeni yol, tikilən hər məktəb, yaradılan hər iqtisadi zona Azərbaycanın gələcəyinə, sabitliyə və dayanıqlı inkişafa uzanan yolun bir hissəsidir.

Göründüyü kimi, işğal altından azad olunan ərazilərimizdə abadlıq-quruculuq işələri sürətlə davam etdirilir. Ermənilərin xarabalığa çevirdiyi məkanlarda yeni yollar çəkilir, dayanıqlı və davamlı iqtisadi fəallığın təmin edilməsinə yönəldilən infrastruktur layihələri reallaşır, tarixi-mədəniyyət və dini abidələrimiz təmir və bərpa olunur. Su, qaz, elektrik təsərrüfatlarının bərpası ilə bağlı işlər uğurla davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirdiyi kimi, "Biz bu torpaqlar üçün o qədər darıxmışıq, o qədər bu torpaqların həsrətində olmuşuq ki, indi qayıtmışıq və necə deyərlər, bu torpaqlarımızdan doya bilmirik. Ona görə “Böyük Qayıdış” Proqramı artıq reallaşıb. Təbii ki, bunun mərhələləri olacaq və aydan-aya, ildən-ilə qayıdan vətəndaşların sayı çoxalacaq, Qarabağ, Şərqi Zəngəzur dirçələcək".

Zümrüd BAYRAMOVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:59
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 İyul 2025 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaşmada sex yandı

13 Sentyabr 2025 10:49see143

Avtomobil 1 həftə və ya daha çox sürülməsə hansı problemlər yaranır?

13 Sentyabr 2025 20:02see134

KİV: Mossad Qətərdə HƏMAS rəhbərlərinə qarşı yerüstü əməliyyatdan imtina edib

14 Sentyabr 2025 01:26see131

Zərərli qidalar beynin fəaliyyətinə mənfi təsir göstərə bilər (ARAŞDIRMA)

13 Sentyabr 2025 23:14see127

Gizli tarix üzə çıxdı: Girişi torpaqla örtülübmüş

14 Sentyabr 2025 02:07see125

Xəzər dənizində qasırğa müşahidə edildi VİDEO

14 Sentyabr 2025 01:25see124

İlham Əliyev Hadrut qəsəbəsində olub FOTOLAR KONKRET

14 Sentyabr 2025 13:43see123

Mövsümün sonunda Mançester Siti dən ayrılacaq

14 Sentyabr 2025 16:59see123

Beşiktaş Musayevi istəyir

14 Sentyabr 2025 13:49see122

Ekspert: Aİ və NATO da heç kim Ukraynaya qoşun göndərməyə hazır deyil

13 Sentyabr 2025 08:37see122

Türkiyəli nazir müavini: Kültür yolu festivalı çərçivəsində Azərbaycanla əməkdaşlıq edəcəyik

14 Sentyabr 2025 12:49see121

Bolqarıstanlılar avronun qəbul edilməsinə etiraz edir

14 Sentyabr 2025 05:22see121

“Benfika” “Qarabağ” matçında söz sahibi o olacaq

14 Sentyabr 2025 13:47see120

Real ın oyunçusuna qırmızı verən hakim cəzalandırılacaq

14 Sentyabr 2025 17:05see119

Sülhə aparan yol, yoxsa kabusların vurnuxması?

13 Sentyabr 2025 10:05see118

Bu il Türkiyədən Azərbaycana nə qədər pal paltar idxal olunub?

13 Sentyabr 2025 20:17see117

Aysel hovuz kənarından FOTOlarını yaydı

14 Sentyabr 2025 03:04see116

Yaşlanma əleyhinə inyeksiya

14 Sentyabr 2025 20:01see116

Ermənistan Ağrıdağı SİLDİ FOTO

14 Sentyabr 2025 13:04see115

Niderlandda Üzeyir Hacıbəylinin 140 illik yubileyi qeyd olunub

14 Sentyabr 2025 03:08see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri