Icma.az
close
up
RU
“İslam dünyası İsrailin təcavüzkar siyasətinə qarşı birləşməlidir“ Ərdoğan

“İslam dünyası İsrailin təcavüzkar siyasətinə qarşı birləşməlidir“ Ərdoğan

Icma.az, Moderator.az saytına istinadən bildirir.

"Fələstin dövlətinin tanınması yetərli deyil, İsrailə qarşı sərt sanksiyalar vacibdir..."

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dohada keçirilən fövqəladə sammitdə Liviya, Yəmən, İran və Suriyada genişlənən İsrail təhdidinə diqqət çəkib və regionun sabitliyini qorumağın vacibliyini vurğulayıb.

Moderator.az xəbər verir ki, bu barədə "Anadolu Ajansı" agentliyi məlumat yayıb.

Ərdoğan İsrailin Kataloniyada HƏMAS liderlərinə yönəlmiş hücumları və Qətərə qarşı son təxribatlarını "regional sabitliyi sarsıtmaq məqsədi daşıyan təcavüz" kimi qiymətləndirib. Prezident qeyd edib ki, İsrailin əsas məqsədi yalnız Fələstində soyqırım və qırğınları davam etdirmək deyil, eyni zamanda bütün regionu xaosa sürükləməkdir.

"7 oktyabr 2023-cü ildən başlayaraq İsrailin Qəzzada həyata keçirdiyi soyqırım fonunda biz İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Dövlətləri Liqasının fövqəladə sammitlərini keçirdik. Bu sammitlərdə dünya ictimaiyyətinə bildirdik ki, İsrailin artan təcavüzü dərhal dayandırılmalıdır", - Ərdoğan bildirib. O, əlavə edib ki, İsrail yalnız Fələstinlə kifayətlənməyərək Livan, Yəmən, İran və Suriyada da hərbi və terror fəaliyyətlərini genişləndirib, həmçinin Qətər və Tunis sahillərində dəniz hüququ pozuntuları həyata keçirib.

İsrailin genişlənmə siyasətinə qarşı İslam dünyasının birliyi

Ərdoğan İsrailin təxribatçı siyasətinə qarşı İslam dünyasının həm diplomatik, həm də iqtisadi gücünü birləşdirməyin vacibliyini vurğuladı: "Biz qarşıda duran ideologiyanı görürük: xaos və qanla qidalanan bir dövlət. İsrail bəzi siyasətçilərinin "Böyük İsrail" xülyalarını təkrarlaması, qonşu ölkələrdə işğal siyasətini genişləndirməsi bu ideologiyanın praktik göstəricisidir. Lakin İslam dünyası bu genişlənmə siyasətini dayandıra biləcək ağıllı və təcrübəli bir gücə malikdir".

O, həmçinin bildirib ki, İsrailin Qətərə qarşı son hücumlarından sonra onu dəstəkləyən ölkələr də cavab verməyə məcbur olubl: "Bəzi dövlətlərin Fələstin dövlətini tanımaq niyyətini elan etməsi müsbət addımdır, amma bu addımlar İsrailə qarşı konkret və sərt sanksiyalarla dəstəklənməsə, nəticəsiz qalacaq".

İqtisadi və diplomatik təzyiq vacibdir

Türkiyə prezidenti qeyd edib ki, İsrail yaxın perspektivdə sərt cavab və sanksiyalar olmadan dayanmayacaq, əksinə işğal və destabilizasiya siyasətini sürətləndirəcək: "Bizim imkanlarımız var və biz bu imkanlardan istifadə etməliyik. Müdafiə sənayesində və strateji sahələrdə özünütəminatı artırmaq, əməkdaşlığı gücləndirmək vacibdir".

O, Türkiyənin son 1,5 ildə İsraillə bütün ticarət əməliyyatlarını dayandırdığını xatırladaraq, bunun effektiv nəticələr verdiyini vurğulayıb. Ərdoğan həmçinin beynəlxalq hüquq mexanizmlərindən istifadə edərək İsrail rəsmilərini məsuliyyətə cəlb etməyin vacibliyini qeyd etdi: "Beynəlxalq Məhkəmədə açılan soyqırım işinə dəstək vermək və regionda təhlükəsizliyi təmin edəcək konkret addımlar atmaq bizim vəzifəmizdir".

Fələstin dövlətinin tanınması kifayət deyil

Prezident sammitdə çıxışı zamanı bir daha bildirib ki, Fələstin dövlətinin 1967-ci il sərhədləri daxilində, Şərqi Qüdsdə paytaxtı ilə yaradılması hədəfdir və bu, deportasiya, soyqırım və parçalanmaya yol verilmədən həyata keçirilməlidir: "Biz İslam dünyasının gücü ilə bu müqəddəs hədəfə çatmaq üçün diplomatik və iqtisadi tədbirləri birləşdirməliyik". Sammitdə xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və Prezident Administrasiyasının kommunikasiya şöbəsinin rəhbəri Burhanettin Duran Ərdoğana müşayiət edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:233
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Sentyabr 2025 23:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri