Icma.az
close
up
RU
İslam İnkişaf Bankı Qrupunun illik toplantısı

İslam İnkişaf Bankı Qrupunun illik toplantısı

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dünən Bakıda İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci illik toplantısı öz işinə başlayıb. Ayın 19-dək davam edəcək iclaslarda yüksəksəviyyəli dövlət rəsmiləri, üzv ölkələrin maliyyə, iqtisadiyyat, planlaşdırma, inkişaf və investisiya nazirləri, beynəlxalq və regional maliyyə institutlarının rəhbərləri və özəl sektor nümayəndələri iştirak edirlər.

“Dayanıqlı rifah naminə regional inteqrasiya” mövzusuna həsr edilən toplantı çərçivəsində İİB Qrupuna üzv olan 57 ölkə arasında iqtisadi əməkdaşlıq, davamlı inkişafın gücləndirilməsi istiqamətində müzakirələr aparılır. Forum çərçivəsində təşkil olunacaq yüksəksəviyyəli dialoqlar, B2B və B2G formatlı görüşlər, startapların cəlb edildiyi proqramlar və bilik mübadiləsi sessiyaları vasitəsilə dövlət-özəl sektor tərəfdaşlığının möhkəmləndirilməsi, sahibkarlıq subyektlərinin və KOB-ların dəstəklənməsi, eləcə də üzv ölkələrin iqtisadiyyatlarında innovasiyayönümlü inkişafın təşviqi hədəflənir.

Qeyd edək ki, İİB maliyyələşdirməni İslam prinsiplərinin əsasında aparılan beynəlxalq maliyyə-kredit qurumlarından biridir. Üzvləri müsəlman ölkələridir. Bankın məqsədi üzv ölkələrin (onun təsisçiliyində və üzvlüyündə təmsil olunan müsəlman ölkələr) və fərdi müsəlman cəmiyyətlərinin iqtisadi inkişafının və sosial tərəqqisini İslam hüququ əsasında təmin etməkdir.

Bankın əsas funksiyası iqtisadi və sosial inkişaf üçün layihələrin maliyyələşdirilməsi, müəssisələrin xüsusi kapitalında iştirak və ya investisiya qoyuluşu, qrantların və ssudaların verilməsi şəklində üzv dövlətlərə maliyyə yardımını təmin etməkdən ibarətdir. İİB-lə əməkdaşlığa 1992-ci ildən başlanılıb. 2007-ci ildə Bankın Azərbaycan üzrə yerli nümayəndəsi təyin edilib.

Xatırladaq ki, İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə illik toplantılarının Bakı şəhərində keçirilməsi barədə İslam İnkişaf Bankı Qrupunun Müdirlər Şurası 2025-ci il mayın 22-də qərar qəbul edib. Bununla əlaqədar “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə İslam İnkişaf Bankı Qrupu arasında Azərbaycan Respublikası Hökuməti (ev sahibi ölkə) tərəfindən İİB Qrupunun 2026-cı ildə keçiriləcək illik toplantıları üçün təminatlara dair Anlaşma Memorandumu” imzalanıb.

Prezident İlham Əliyevin 8 sentyabr 2025-ci il də imzaladığı Sərəncamla İİB Qrupunun 2026-cı il üzrə illik toplantılarının Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. Komitənin sədri Baş nazirin müavini Samir Şərifov, sədr müavini isə iqtisadiyyat naziri Mikayıl Cabbarovdur.

Ötən gün İİB Qrupun 51-ci illik toplantıları çərçivəsində təşkil olunan “Azərbaycanın investisiya görünüşü” adlı tədbir keçirilib. Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edərək bildirib ki, ölkəmizin sabit iqtisadi mühiti investor etimadını gücləndirir. Onun sözlərinə görə, uzunmüddətli investisiya inam və etibarla başlayır: “Azərbaycan isə investorlara güclü fiskal göstəricilər və ağlabatan iqtisadi siyasətlə dəstəklənən sabit və dayanıqlı iqtisadi mühit təqdim edir. Strateji valyuta ehtiyatları Azərbaycanın ümumi daxili məhsulunu üstələyir. Bu ehtiyatlar ilin əvvəlindən bəri 3,4 faiz, illik müqayisədə isə 15 faiz artıb. Ümumi həcmi 88 milyard ABŞ dolları təşkil edən bu resurslar ölkənin makroiqtisadi sabitliyini daha da möhkəmləndirir”.

Mikayıl Cabbarov bildirib ki, qlobal miqyasda ən aşağı dövlət borcu səviyyələrindən birinə malik olan Azərbaycan üçün bu göstəricilər iqtisadi sabitlik, investor etimadı və uzunmüddətli inkişaf baxımından güclü zəmin yaradır: “Bu fundamental göstəricilər aparıcı beynəlxalq reytinq agentlikləri tərəfindən də tanınır. “Fitch” və “Moody’s” Azərbaycanın suveren kredit reytinqini investisiya səviyyəsində saxlayaraq, perspektivi sabitdən pozitivə doğru qiymətləndiriblər. Azərbaycanın iqtisadi inkişaf yolunun arxasında həm müstəqillik dövrünün formalaşdırdığı təcrübə, həm də iqtisadi rifahı dövlət siyasətinin mərkəzinə qoyan Prezident İlham Əliyevin strateji yanaşması dayanır. İqtisadiyyatın şaxələndirilməsi ölkənin investisiya gündəliyini getdikcə daha çox müəyyən edən əsas istiqamətlərdən biridir”.

İİB Qrupunun illik toplantıları çərçivəsində Azərbaycan Halal Biznes Forumunun (AZHAB Forum) xüsusi sessiyası da keçirilib. Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edib. O bildirib ki, bu gün halal iqtisadiyyat qlobal iqtisadiyyatın ən sürətlə inkişaf edən istiqamətlərindən biridir: “Bu sahə yalnız halal qida məhsulları ilə məhdudlaşmır, həmçinin maliyyə, əczaçılıq, kosmetika, turizm, logistika, rəqəmsal texnologiyalar və digər sektorları da əhatə edir.

Milyardlarla istehlakçını əhatə edən halal iqtisadiyyat investisiya, ticarət, innovasiya və biznes üçün geniş imkanlar yaradır. Bununla yanaşı, standartlar, sertifikatlaşdırma, bazarlara çıxış, maliyyələşmə, rəqəmsal transformasiya və dəyər zəncirlərinin inteqrasiyası kimi məsələlər ayrı-ayrı ölkələrin səyləri ilə həll edilə bilməz. Bu çağırışların öhdəsindən gəlmək üçün ortaq baxış, kollektiv liderlik və koordinasiyalı fəaliyyət tələb olunur”.

O.Məmmədovun sözlərinə görə, etik prinsiplərə, risklərin bölüşdürülməsinə və real iqtisadi fəaliyyətə əsaslanan İslam maliyyəsi halal biznesin, xüsusilə də kiçik və orta sahibkarlığın inkişafında mühüm rol oynaya bilər: “Halal sənaye iştirakçıları ilə İslam maliyyə institutları arasında əməkdaşlığın genişləndirilməsi investisiyaların cəlb edilməsinə, ticarətin inkişafına və üzv ölkələrdə dayanıqlı iqtisadi artıma töhfə verəcək”.

KOBİA sədri əlavə edib ki, Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan regional və beynəlxalq bazarları birləşdirən körpü rolunu oynayır: “Sahibkarlığın dəstəklənməsi, biznes mühitinin yaxşılaşdırılması və innovasiyaların təşviqinə yönəlmiş islahatlar halalyönümlü bizneslərin və investisiyaların inkişafı üçün əlverişli şərait yaradır. Halal iqtisadiyyatın gələcəyi yalnız bazarların böyüməsi ilə deyil, həm də tərəfdaşlıqların möhkəmliyi ilə müəyyən olunacaq”.

AZHAB Forumunun xüsusi sessiyasında İİB Qrupunun rəsmiləri də çıxış ediblər. Kuala Lumpurdakı Mükəmməllik Mərkəzinin rəhbəri Samer Elesavi bildirib ki, qlobal halal sektorda istehlak xərclərinin 3 trilyon dolları ötəcəyi gözlənilir. O qeyd edib ki, halal iqtisadiyyat hazırda qlobal iqtisadiyyatın ən sürətlə inkişaf edən istiqamətlərindən biridir. Onun sözlərinə görə, vaxtilə yalnız müəyyən istehlakçı qrupuna xidmət edən bu sahə artıq geniş iqtisadi ekosistemə çevrilib. Qurum rəhbəri əlavə edib: “İslam İnkişaf Bankı Qrupuna üzv ölkələr birlikdə dünyanın ən böyük halal istehlak və istehsal bazarlarından birini formalaşdırır və bu, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar yaradır. Forum siyasətçilər, tənzimləyici qurumlar, biznes nümayəndələri, investorlar və inkişaf tərəfdaşları üçün əməkdaşlığın genişləndirilməsi və qlobal halal iqtisadiyyatın inkişafı baxımından mühüm platformadır”.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Nasar Hayat bildirib ki, Azərbaycanın strateji coğrafi mövqeyi regional investisiya mərkəzinə çevrilmək üçün unikal imkan yaradır. O, bu fikirləri İslam İnkişaf Bankının (İİB) Bakıda keçirilən 8-ci illik toplantısı çərçivəsində keçirilən “Davamlı inkişaf üçün innovativ maliyyələşdirmə, yardım və ənənəvi inkişafa yardımdan kənar” adlı SDG Dialoqunda deyib.

FAO nümayəndəsi bildirib ki, Orta Asiya, Qafqaz və Yaxın Şərqi birləşdirən Azərbaycanın strateji coğrafi mövqeyi investisiya, ticarət, maliyyə və sərhədlərarası kapital axınları üçün regional mərkəzə çevrilmək üçün unikal bir fürsət təqdim edir. Nasar Hayat qeyd edib ki, Azərbaycan davamlı və inklüziv artımı gücləndirməyə yönəlmiş iddialı islahatlar həyata keçirir. Ölkə 2023-2026-cı illər üçün Davamlı Maliyyə Yol Xəritəsinin tətbiqində və milli maliyyə axınlarını ətraf mühit və sosial prioritetlərlə uyğunlaşdırmaq üçün möhkəm təməl yaradan Milli Yaşıl Taksonomiya kimi əsas alətlərin hazırlanmasında əhəmiyyətli irəliləyişlər əldə edib.

O, həmçinin əlavə edib ki, özəl kapital sadəcə əlavə maliyyələşdirmə mənbəyi deyil: “Davamlı İnkişaf Məqsədlərinə çatmaq istəyiriksə, bu, çox vacibdir. Lakin onun tam potensialına çatması üçün imkanlar yaratmaq üçün siyasətlər, güclü tənzimləyici çərçivə, effektiv risklərin bölüşdürülməsi mexanizmləri və hər şeydən əvvəl, sektorlar və ölkələr arasında daha güclü tərəfdaşlıqlar tələb olunur”.

Musa BAĞIRLI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 İyun 2026 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see338

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see225

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see214

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see210

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see208

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see205

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see196

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see195

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see191

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see190

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see188

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see172

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see170

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see169

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see165

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see162

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see161

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see161

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see161

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri