İslam Mahaçev UFC titulundan imtina edir Yeni döyüşlər, yeni çəkidə!
Icma.az bildirir, Dogru.az portalına istinadən.
Rusiyalı UFC döyüşçüsü İslam Mahaçev yüngül çəki dərəcəsindəki dünya çempionu titulundan imtina etməyə hazırlaşır.
Doğru.az xəbər verir ki, bu barədə UFC prezidenti Dana Uayt sosial şəbəkələrdə məlumat yayıb. Səbəb Mahaçevin daha ağır – orta çəki dərəcəsinə keçməsidir.
Dana Uayt həmçinin açıqlayıb ki, Mahaçev yeni çəki dərəcəsində avstraliyalı döyüşçü Cek Della Maddalena ilə çempionluq döyüşünə çıxacaq.
Bununla yanaşı, Mahaçevin boşaltdığı yüngül çəki dərəcəsi üzrə titul uğrunda İlia Topuria və Çarlz Oliveyra arasında döyüş keçiriləcək.
Xatırladaq ki, Mahaçev daha əvvəl Maddalena ilə döyüşə çıxmağa hazır olduğunu bəyan etmişdi. İndi isə bu döyüş rəsmi şəkildə gündəmdədir.
UFC-də vəziyyət getdikcə daha maraqlı və gərgin hal alır.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 14 May 2025 09:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















