İslam Rzayevin vəkili danışdı: “Bir onu deyə bilərəm ki...”
Icma.az, GlobalInfo saytına istinadən bildirir.
“İslam Rzayevin saxlanılması ilə bağlı hazırda hər hansı məlumat verə bilmərəm”.
Bu sözləri Globalinfo.az-a Balakən Rayon İcra Hakimiyyətinin həbs edilən başçısı İslam Rzayevin vəkili Elvin Əliyev deyib.
Vəkil bildirib ki, hazırda məsələ ilə bağlı açıqlama verməyi məqsədəuyğun hesab etmir:
“Bilirsiniz, hazırda istintaq işi aparılır. Mənim nəsə deməyim istintaqın gedişatına mane ola bilər. Bir onu deyə bilərəm ki, İslam Rzayevin səhhətində problem yoxdur, özünü yaxşı hiss edir”.
Qeyd edək ki, İ.Rzayev korrupsiya cinayətlərində şübhəli bilinərək tutulub. Daha sonra Prezidentin Sərəncamı ilə vəzifəsindən azad edilib. O, təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra məhkəməyə çıxarılacaq.
Zaira Akifqızı
Globalinfo.az
Baxış sayı:90
Bu xəbər 31 Oktyabr 2025 11:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















