Icma.az
close
up
RU
İslamabad Bəyannaməsində nələr var?

İslamabad Bəyannaməsində nələr var?

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin üçüncü üçtərəfli görüşü İslamabad Bəyannaməsinin qəbul olunması ilə başa çatıb.

Üçtərəfli görüşün yekun iclasında çıxış edən Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq tədbirin üç qardaş ölkə arasında bir sıra aktual  məsələlərin ətraflı müzakirəsi baxımından yaxşı imkanlar yaratdığını bildirib. O, bu platformanın əhəmiyyətini, üç dost və qardaş ölkə parlamentləri arasında əlaqələrin daha da genişləndirilməsində mühüm rolunu qeyd edib.

İclasda çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova üçtərəfli görüşdə regionda və ümumən beynəlxalq aləmdə baş verən proseslərin və ölkələrimiz arasındakı əlaqələrin nəzərdən keçirildiyini, ortaq maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparıldığını söyləyib. Ölkələrimiz arasındakı əlaqələrin -  istər Azərbaycan-Türkiyə və Azərbaycan-Pakistan, istərsə də Türkiyə-Pakistan əlaqələrinin, o cümlədən qarşılıqlı dəstək, birlik və həmrəyliyin ən yüksək səviyyədə olduğunu deyən Milli Məclis sədrinin sözlərinə görə, bu əlaqələr dövlətlərarası münasibətlərin bütün istiqamətlərini əhatə edir və günbəgün daha da möhkəmlənir və dərinləşir. Bu əlaqələrdə diqqət çəkən əsas məqam odur ki, ölkələrimiz arasındakı bütün məsələlər məhz dostluq və qardaşlıq prizmasından nəzərdən keçirilir. 

S.Qafarova cari ilin may ayında Laçında keçirilmiş Üçtərəfli Zirvə Görüşündə ölkə liderlərinin  - İlham Əliyevin, Rəcəb Tayyib Ərdoğanın və Məhəmməd Şahbaz Şərifin qətiyyəti sayəsində qardaş ölkələrimiz arasındakı əlaqələrin artıq üçtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib. Onun sözlərinə görə, dünyanın geosiyasi xəritəsinə nəzər yetirsək, belə yaxın əlaqələri olan başqa üç ölkəyə çox az rast gələrik. Azərbaycan, Pakistan və Türkiyə arasındakı bu üçtərəfli əlaqələr həqiqətən də strateji tərəfdaşlıq xarakteri daşıyır.

Spiker qardaş ölkələrimiz arasındakı əlaqələrə uyğun olaraq, parlamentlərimizin də üçtərəfli əməkdaşlığının mövcud vəziyyəti və gələcək perspektivləri, bu mexanizmi daha da gücləndirmək, parlament diplomatiyasının effektiv alətlərindən birinə çevirmək yolları haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.

Parlament üzvləri arasında müzakirə olunan mövzulara toxunan Milli Məclisin sədri, ərazi bütövlüyü və suverenliyinin müdafiəsi, xarici təhdidlərə qarşı həmrəylik məsələsini ölkələrimiz arasında qardaşlığın və qarşılıqlı dəstəyin ən yaxşı şəkildə nümayiş etdirən bir məsələ olduğunu qeyd edib və bu istiqamətdə müzakirələri faydalı hesab edib. Spiker həmçinin, iqlim dəyişiklikləri və dayanıqlılıq mövzusunun əhəmiyyətini qeyd edərək, ölkəmizin bu sahədə gördüyü işlər, o cümlədən, Azərbaycanın qardaş Türkiyədə baş vermiş zəlzələ, Pakistandakı daşqınlar zamanı öz qardaşlıq dəstəyini göstərdiyini vurğulayıb. O, digər tərəfdən, COP29 çərçivəsində Azərbaycanın qazandığı nailiyyətləri xüsusi qeyd edib. Parlament üzvlərimizin bu məsələlər haqqında müzakirələrini faydalı hesab edərək, gələcək əməkdaşlıq çərçivəsində iqlim dəyişiklikləri və təbii fəlakətlərə qarşı mübarizə məsələsinin daha çox əhatə olunmasının vacibliyini vurğulayıb.

Azərbaycan parlamentinin spikeri, həmçinin üçüncü üçtərəfli görüşün yekunu olaraq, qəbul olunan İslamabad Bəyannaməsinin ölkələrimiz arasındakı qardaşlıq əlaqələrinin bütün aspektlərini əhatə etdiyini, parlamentlərimizin birgə fəaliyyətinin əhəmiyyətini vurğuladığını, o cümlədən, əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yeni imkanları təsbit etdiyini söyləyib. Onun sözlərinə görə, Bəyannamə həmçinin regional və qlobal proseslərə münasibətdə ortaq baxışlarımızı əks etdirir.

Milli Məclisin sədri sonda bir daha vurğulayıb ki, parlamentlərimiz arasındakı bu səmərəli əməkdaşlıq formatı birgə səylərimizlə bundan sonra da uğurla davam edəcək. Bu əməkdaşlıq xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır, ölkələrimizin maraqlarına xidmət edir, onlar arasındakı dostluq və qardaşlıq əlaqələrinin, birlik və həmrəyliyin daha da güclənməsinə töhfə verir.

Sonra çıxış edən Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş da ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da dərinləşdirilməsi üçün parlament diplomatiyasının imkanlarından istifadə edilməsinin vacibliyini qeyd edib. O, Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin üçüncü üçtərəfli görüşünün uğurla nəticələndiyini qeyd edərək, vurğulayıb ki, görüşün nəticələri gələcək əməkdaşlıq üçün çox faydalıdır.

Nardar BAYRAMLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 Oktyabr 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see406

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see379

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see363

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see320

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see308

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see278

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see256

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see253

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see216

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see215

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see207

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see204

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see197

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see197

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see195

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see186

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see184

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see182

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see179

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri