İslamabada PUA hücumunun qarşısı alındı
Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
Pakistan silahlı qüvvələri paytaxtın peyk şəhəri olan Ravalpindi yaxınlığında iki pilotsuz təyyarəni zərərsizləşdirib.
Globalinfo.az “Teleqraf”a istinadla xəbər verir ki, bu barədə “Dawn” qəzeti təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, PUA-lar elektron hərbi sistemlər vasitəsilə ələ keçirilib. İtki və ya ziyan qeydə alınmayıb.
Nəşrin mənbələrinə görə, paytaxt rayonu üzərindəki hava məkanı müvəqqəti olaraq bağlanıb, lakin məhdudiyyətlər tezliklə aradan qaldırılıb. Pakistan Hava Limanları İdarəsi İslamabad Beynəlxalq Hava Limanının normal fəaliyyət göstərdiyini və bütün uçuşların cədvələ uyğun olaraq həyata keçirildiyini təsdiqləyib.
Əfqanıstan Müdafiə Nazirliyi daha əvvəl İslamabaddakı hərbi obyektə hava hücumları barədə məlumatı təsdiqləyib. Nazirliyin məlumatına görə, hücum “düşmənə xeyli insan və maddi itki” ilə nəticələnib.
12 martda Pakistan Hərbi Hava Qüvvələri Kabilə hava hücumları həyata keçirib. Əfqanıstanın Qəndəhar, Paktiya və Paktika əyalətlərindəki hədəflərə də hücum edilib. Cavab olaraq Əfqanıstan Pakistanın Xayber Paxtunxva əyalətindəki hərbi hədəflərə zərbələr endirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:190
Bu xəbər 14 Mart 2026 00:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















