İslami Cihad və Həmas İsrailli girovun qalıqlarını BQXK ya təhvil verəcək
Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.
Fələstinin radikal İslami Cihad təşkilatı və Fələstinin HƏMAS hərəkatı ölən daha bir israilli girovun qalıqlarını Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) təhvil verəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə HƏMAS-ın Telegram kanalında dərc olunmuş bəyanatda bildirilib.
Bəyanatda deyilir: "(İsrail girovlarının fələstinli məhbuslarla əvəz olunması) müqaviləsinin bir hissəsi olaraq, Saraya əl-Qüds (İslami Cihadın hərbi qanadı olan Qüds Şirkəti) və İzzəddin əl-Qəssam Briqadaları (HƏMAS-ın döyüşçü qanadı) bu gün Qəzza zolağının cənubundakı Xan Yunisin şimalında tapılan girovlardan birinin cəsədini təhvil verəcək". Cəsədin təhvil verilməsinin noyabrın 13-də yerli vaxtla saat 20:00-da baş tutacağı bildirilir.
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 13 Noyabr 2025 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















