Icma.az
close
up
RU
İslamı müdafiə etmək yalnız Allaha deyil, bəşəriyyətə xidmətdir

İslamı müdafiə etmək yalnız Allaha deyil, bəşəriyyətə xidmətdir

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

“İslamofobiyaya qarşı ən gözəl cavab - sülh, sevgi və birliyimizdir”


Bakının ev sahibliyi etdiyi "İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfrans ölkəmizin dünyaya sülh, əmin-amanlıq, tolerantlıq kimi bəşəri ideyalarla çağırış etdiyini və bu prinsiplərin gündəlik sosial həyatda təzahür etdiyini bir daha göstərdi. İslamofobiyaya həsr olunmuş konfransda təkcə müsəlman liderlərinin deyil, həm də qeyri-islam rəhbərləri olan beynəlxalq təşkilatların təmsil olunmasının özü ölkəmizin tolerantlıq siyasətinə sadiqliyini əyani sübut edir. 

Qeyd edək ki, konfrans iştirakçılarına müraciətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uzun illər ölkəmizin islamofobiyanın ən ağır təzahürləri ilə qarşı-qarşıya qaldığını çox aydın bir şəkildə vurğulayıb. Prezident qeyd edib ki, islamofobiya müxtəlif formalarda, o cümlədən gündəlik həyatda müsəlmanlara qarşı irqçilik və ayrı-seçkilik, nifrət nitqi, fiziki hücumlar, media və sosial media platformalarında stiqmatizasiya, institusional diskriminasiya və digər formalarda təzahür edir. Bu cür ədalətsiz və qərəzli münasibət müsəlmanların cəmiyyətə inteqrasiya olunmalarına və özlərini onun bərabərhüquqlu üzvü kimi hiss etmələrinə böyük maneə yaradır: “Vaxtilə qul ticarəti ilə məşğul olan, işğalçılıq və müstəmləkəçilik siyasəti yürüdən, soyqırımıları törədən, indi isə özlərini insan hüquqlarının keşiyində duran demokratik ölkələr qismində təqdim edən bəzi ölkələrdə bu gün islamofobiya bir növ dövlət siyasətinə çevrilib. Bu ölkələrdə dünyəvi dəyərlərin müdafiəsi adı altında müsəlmanların hüquqlarını və etiqad azadlığını məhdudlaşdıran qanunlar qəbul edilir, onların təhsil almaq, mənzilə sahib olmaq, işlə təmin olunmaq və digər hüquqları tapdalanır”. Cənab Prezident vurğulayıb ki, Azərbaycan islamofobiya ilə üzləşmiş və bu gün də ondan əziyyət çəkən ölkələrdən biridir: “Torpaqlarımızın otuz illik işğalı dövründə xalqımıza qarşı Xocalı soyqırımı törədilmiş, etnik təmizləmə aparılmış və bunun nəticəsi olaraq bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə salınıb. Ərazilərimizdə milyona yaxın mina basdırılıb, urbisid, kultursid və ekosid cinayətləri törədilib. Ancaq əfsuslar olsun ki, Qərbdə bəzi dairələr sırf dini təəssübkeşlik və islamofob mövqedən çıxış edərək Ermənistan tərəfindən torpaqlarımızın işğalına göz yumub, münaqişənin əsl mahiyyətini təhrif edib, onu dini zəmində münaqişə kimi təqdim etməyə çalışıblar. İşğal dövründə bəşəri əhəmiyyətə malik çoxəsrlik tarixi-mədəni abidələrimiz, o cümlədən İslam dininə aid abidələr, ziyarətgahlar, məscidlər, türbələr, məzarlıqlar dağıdılıb, təhqir edilib, yerlə yeksan edilib. Bir sıra mədəni irs obyektləri qarət edilib, onların təyinatı dəyişdirilib, mənsubiyyəti saxtalaşdırılıb. Hazırda işğaldan azad olunmuş torpaqlarımızda aparılan genişmiqyaslı yenidənqurma işləri çərçivəsində dağıdılmış məscidlərimiz və dini abidələrimiz bərpa edilir, yeniləri inşa edilir”.

Özünü “demokratiyanın beşiyi”, “insan haqlarının ali müdafiəçisi” adlandıran ölkələrdə hətta öz vətəndaşlarına dininə, etiqadına görə ayrı-seçkilik edilir. ABŞ-də, Avropa ölkələrində "Qurani-Kərim"in yandırılması, populyar media orqanlarında islam peyğəmbərinin təhqir edilməsi adi hala çevrilib. Maraqlıdır ki, bunu edənləri “düşüncə sərbəstliyi” adı altında müdafiə edirlər, lakin dini etiqadına uyğun geyinənin təhsil almaq kimi təməl hüququnu tapdalayır, ibadət azadlığını əllərindən alırlar. Müsəlman dünyasının hər nə qədər mötədil davranışlar sərgiləməsi, Yaradanın “bizə göndəriləni və bizdən öncə göndərilənləri də qəbul edirik, itaət edirik”, buyuruğuna əməl edərək səmavi dinlərə və bütün peyğəmbərlərə hörmət və ehtiramla yanaşmasına rəğmən Qərbdə islamofobiya və islamofob meyillər nəinki azalır, əksinə, getdikcə daha da artır. Buna qarşı necə mübarizə aparılmalıdır? 


İlahiyyatçı Ağa Hacıbəyli “Şərq”ə açıqlamasında qeyd etdi ki, islamofobiya dəhşətli virusdur və ona qarşı müdafiə xətləri möhkəm qurulmalıdır. Bu işdə islam alimləri, din xadimləri öz sözlərini qəti və inandırıcı şəkildə bildirməlidirlər: 


- İslamofobiya, əslində, həm islama qarşı, həm də dünyanın dörd bir yanındakı müsəlmanlara qarşı yönəldilmiş bir cinayətdir. Açıq ifadə edək ki, bu üsulu metodu çox fərqli olan, Quran haqqında, islam haqqında, xüsusən islam peyğəmbəri Muhəmməd-Mustafaya yönəlmiş bütün təhqirlərə, çirkinliklərə islam aləmi layiqincə - ən gözəl biçimdə cavab verməlidir. "Qurani-Kərim"in “Fussulət” surəsində Rəbbimiz “yaxşılıqla pislik eyni ola bilməz. Pisliyi ən gözəl şəkildə dəf et. O zaman aranda düşmənçilik olan birisi sanki yaxın dosta çevrilər”, buyurur. Ayəni əsas tutaraq mücadiləmiz mərkəzinə bu fəlsəfəni, Rəbbimizin göstərdiyi ən doğru yolu yerləşdirməliyik. İslam sülh dinidir. İslam qardaşlıq, sevgi, mərhəmət şəfqət dinidir. Görünür, islam elmini, bu dinin hikmətini dünyaya lazımınca çatdıra bilmədiyimizdən dolayı dünya insanı qərb mediasının, sosial şəbəkələrin təsiri altında çox mənfi fikirlərə sahib olur. Hər halda yəqin ki, aparılan dialoq və müzakirələrdə əgər söhbət islam dini haqqında və son peyğəmbərinin əxlaqı qüdsi yolu barədə haqqında gedirsə, Allah-təala öz dinini və peyğəmbərini, sözsüz ki, müdafiə edəcək. Amma bizim üzərimizə düşən vəzifə də var. Bu böyük cinayətə, bu həmlələrə qarşı biz nə etməliyik? Bir tərəfdən görürsən ki, biz müsəlmanlar olaraq, bəzən öz aramızda hədisləri müzakirəyə çıxarıb “etibarsız” elan edirik, bəzən kimsə təriqətlərin üzərinə yeriyir, təriqətləri ucuzlaşdırır, bəzən görürük məzhəbləri tənqid edir, biri digərini inkar edir, nəticədə bir-birini gücdən, qüvvədən salan düşüncə ortaya çıxır. Hansı ki islama qarşı, Qurana qarşı olan bu düşüncə - islamofobiya, əslində, bəşəriyyətə qarşı ölçülü-biçili hazırlanmış bir antisülh təbliğatına dəvətdir. İslam dini Adəm babamızın zürriyətinə, o ailənin övladlarına ümumən insan olaraq baxır. Fərqi yoxdur, Adəm nəslinin davamçısı olan insanlar harada yaşayır, şimalda, yaxud cənubda, dərisinin rəngi ağdır, ya qaradır, hansı millətə mənsubdur "Qurani-Kərim"də dəfələrlə “yə əyyuhən-nəs” – ey insan - kəlməsiylə qaşlaşırıq. "Qurani-Kərim"in 2 böyük surəsi isə məhz bu kəlməylə başlanır. Orada “ey müsəlmanlar”, “ey möminlər” kəlməsi ilə deyil, məhz “ey insan” deyə müraicət edir Rəbbimiz. İslam dini yer üzünü bir bütöv ev kimi, insanlıq ailəsi kimi təqdim edir. Ən böyük ümumbəşəri dəyərdir bu. Bu baxımdan biz müsəlmanlar olaraq, xüsusən Azərbaycanda Qarabağ faciəsini yaşamış, acı çəkmiş, Xocalı soyqırımına məruz qalmış, erməni təcavüzü ilə üzləşmiş və 30 min şəhid vermiş millətik. Buna baxmayaraq, işğaldan azad edilmiş Qarabağda bu gün aparılan abadlıq işləri çərçivəsində nəinki islam dininə, digər dinlərə məxsus abidələr, məbədlər də təmir-bərpa edilir. Bu, Azərbaycan xalqının, Azərbaycan dövlətinin mədəni millətlərə qarşı tolerant düşüncə tərzinin təzahürüdür. Belə bir davranış onu təsdiq edir ki, Azərbaycan məbədlərlə savaşmadı, inanclarla, etiqadlarla savaşmadı, Azərbaycan bir işğalçı ilə savaşdı və qalib gəldi. Bu gün Azərbaycan dövlətinin yürütdüyü tolerantlıq siyasətini ali kürsüdən - minbərlərə çıxan din xadimlərimiz də əxz etməli və dövlətimizin yanında olmalıdırlar. Biz islamofobiya ilə Rəbbimizin buyurduğu kimi ən yaxşı formada mübarizə aparmalıyıq. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 May 2025 05:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see206

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see184

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see160

Laçının kəndlərində və qəsəbəsində gələn il görüləcək işlər açıqlanıb

30 Noyabr 2025 12:46see148

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see146

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see145

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see144

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see136

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see131

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see131

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see131

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see130

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see130

Hollivud ulduzunun 71 yaşı var, amma 32 vermək olur VİDEO

30 Noyabr 2025 05:05see129

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see127

Trampın xanımı şirkət yaradacaq

30 Noyabr 2025 15:38see124

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see124

Aydan götürülmüş nümunələrdə elə maddə aşkarlandı ki...

30 Noyabr 2025 12:53see123

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see123

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri