İslamiadanın bağlanış mərasimində Azərbaycanın bayraqdarları müəyyənləşib
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 21 noyabr, AZƏRTAC
Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində Azərbaycanı təmsil edəcək bayraqdarlar müəyyənləşib.
Milli Olimpiya Komitəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə üçrəngli bayrağımızı yunan-Roma güləşçisi Həsrət Cəfərov və qılıncoynatma üzrə millinin üzvü Səbinə Kərimova daşıyacaqlar.
PNU stadionunda gerçəkləşəcək mərasim Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, hazırda Azərbaycan komandasının hesabında 55 medal var. Onlardan 8-i qızıl, 18-i gümüş, 29-u isə bürünc mükafatlardır.
İdmançılarımız Oyunların son günündə 3 növdə (ciu-citsu, parapauerliftinq və sərbəst güləş) mübarizə aparırlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 21 Noyabr 2025 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















