İsland klubu “Qarabağ”la oyuna görə azarkeşlərə müraciət etdi
Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Vestri” azarkeşlərinə müraciət edib.
QOL.az-ın xəbərinə görə, İslandiya klubunun sosial media hesabı vasitəsi ilə yaydığı müraciət fanatların Bakıya mümkün səfəri ilə bağlıdır. Müraciətdə bildirilib:
“Bakıya getməyə hazırsınız?
“Vestri” klubu Azərbaycandakı Avropa kuboku oyunu üçün ən yaxşı səfər variantlarını araşdırır.
Əgər Bakıya futbol səfərinə marağınız varsa, bunu bizə bildirin. Uçuş xərclərinin təxminən 200-250 min İslandiya kronu (2800 - 3500 manat - red.) olacağı gözlənilir.
Şərhlərdə fikrinizi yazın, sonra bunun mümkün olub-olmadığını birlikdə qiymətləndirərik”.
Qeyd edək ki, “Qarabağ”la “Vestri” arasında ilk oyun iyulun 9-u Bakıda, cavab görüşü iyulun 16-da İslandiyada keçiriləcək.
Baxış sayı:130
Bu xəbər 19 İyun 2026 09:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















