İslandiya Trampın paylaşımına görə ABŞ səfirini ÇAĞIRDI
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İslandiyanın xarici işlər naziri Torgerdur Katrin Qunnarsdottir ABŞ-nin İslandiyadakı səfiri Billi Lonqu çağırıb.
Redaktor.az xəbər verir ki, buna ABŞ Prezidenti Donald Trampın “Truth Social” platformasında paylaşdığı xəritə səbəb olub.
İslandiya Xarici İşlər Nazirliyinin RUV-a açıqlamasında bildirilib ki, görüş zamanı Trampın paylaşımı “tamamilə yersiz” kimi qiymətləndirilib.
Qeyd edək ki, Donald Trampın paylaşdığı xəritədə İslandiya ilə yanaşı, Kuba, Kanada, Meksika, Qrenlandiya, Mərkəzi Amerika və Karib hövzəsində yerləşən bir sıra ölkələr ABŞ bayrağının rənglərində göstərilib.
Xəritədə sözügedən ərazilər ABŞ-yə birləşdirilmiş kimi təqdim edilib. Lakin Tramp paylaşımında xəritə ilə bağlı hər hansı açıqlama və ya qeyd yazmayıb.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 08 Sentyabr 2026 13:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















