Icma.az
close
up
RU
İslandiyalı məşqçi Azərbaycanla oyun ərəfəsi: “Bakıda olmaq bizim üçün xoş və rahatdır”

İslandiyalı məşqçi Azərbaycanla oyun ərəfəsi: “Bakıda olmaq bizim üçün xoş və rahatdır”

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

İslandiya yığması artıq Bakıya gəlib. Komanda 13 noyabrda 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı vacib oyuna çıxacaq.

İdman.Biz-in məlumatına görə, baş məşqçinin köməkçisi David Snorri Younsson Bakıda Fotbolti.net-ə verdiyi açıqlamada bildirib ki, bu oyun rəhbərlik və futbolçular tərəfindən pley-off mərhələsinə vəsiqə uğrunda mübarizədə əsas qarşılaşma kimi dəyərləndirilir.

Onun sözlərinə görə, komanda digər rəqibləri düşünməzdən əvvəl bütün diqqətini Azərbaycanla oyuna yönəldib.

Younsson deyib ki, Bakıya çatdıqdan sonrakı ilk gün bərpa prosesinə həsr olunub, çünki futbolçular müxtəlif marşrutlarla və fərqli yüklənmə ilə gəliblər. Komandanın tam şəkildə məşqlərə başlaması adaptasiya dövründən sonra nəzərdə tutulub və bütün hazırlıq prosesi məhz Bakıda keçiriləcək oyuna istiqamətlənib.

İslandiyalı mütəxəssis Azərbaycanın paytaxtı və yaradılan şəraitlə bağlı təəssüratlarını da bölüşüb:

“Bakı, həqiqətən, çox gözəl şəhərdir, burada xüsusi bir atmosfer hiss olunur. Bizim üçün yaxşı şərait yaradılıb, mühüm oyuna sakit şəkildə hazırlaşmaq üçün hər cür imkan mövcuddur. Komanda səfərdə özünü rahat hiss edir və bu da futbol üzərində tam diqqət toplamağa kömək edir”, – deyə David Snorri Younssonun fikrini tamamlayıb.

O əlavə edib ki, futbolçuların əksəriyyəti klub oyunlarından sonra yaxşı formada toplanıblar. Yalnız bir oyunçuda yüngül zədə problemi var, lakin ümumilikdə komanda həlledici mərhələyə tam hazırdır.

İdman tərəfinə toxunan baş məşqçi köməkçisi xatırladıb ki, İslandiya bu oyuna Azərbaycanla əvvəlki matçda (5:0) əldə olunan nəticələrdən çıxarılan nəticələr əsasında hazırlaşır:

“Hər qarşılaşmada nəyisə təkmilləşdirməyə çalışırıq. Azərbaycanla oyunda artıq bəzi cavabları almışdıq, indi isə yeni detalları əlavə edir və öz taktiki həllərimizi hazırlayırıq”, – deyə Younsson bildirib.

Mütəxəssis həmçinin komanda daxilində yüksək rəqabət və futbolçular arasında güclü etimadın qorunduğunu vurğulayıb:

“Bizim heyət dərin və balanslıdır, komandada güclü nüvə formalaşıb. Ən böyük ölkə olmasaq da, yaxşı futbolçularımız var və geniş düşünürük. Qarşımızda aydın məqsəd durur və Bakıdakı oyun bu yolun vacib hissəsidir”, – deyə islandiyalı məşqçi yekunlaşdırıb.

Qeyd edək ki, Azərbaycan və İslandiya yığmaları arasında qarşılaşma cümə axşamı keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Teymur Tuşiyev

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 11 Noyabr 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see351

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see283

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see262

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see246

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see231

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see226

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see224

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see223

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see222

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see220

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see219

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see217

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see213

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see213

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see202

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see197

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see187

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri