İşləyən təqaüdçülərin sayı açıqlandı RƏSMİ
Icma.az bildirir, Bizim media portalına istinadən.
Hazırda 65 yaş və daha yuxarı olan 60 minədək şəxsin aktiv əmək müqaviləsi mövcuddur. Onlardan 39200-ü kişi, digərləri qadındır.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.
Bildirilib ki, onlar yaşa görə aylıq pensiya və ya müavinətlə yanaşı, əməkhaqqı ilə də təmin edilirlər.
“Yaşa görə pensiya təyin olunduqdan sonra işləməkdə davam edən şəxslərin hər 6 ildən (72 aydan) bir həmin 6 ildə toplanmış sosial kapitalları 72-yə bölünərək pensiyasına əlavə olunur. Bu da işləyən pensiyaçıların mənafelərinin daha dolğun təminatına xidmət edir” – məlumatda qeyd olunub.
Günay Şahmar, Bizim.Media
Bu mövzuda digər xəbərlər:İşləyən pensiyaçılarla bağlı RƏSMİ MƏLUMAT
30 İyul 2026 15:45
Lisenziyasız işləyən 7 aptek CƏZALANDIRILDI RƏSMİ
06 Mart 2025 12:22
Prokurorluq orqanlarında işləyən qadınların sayı açıqlandı
27 Fevral 2025 13:51
İstidə işləyən 6 nəfər şikayət edib RƏSMİ
25 Avqust 2025 14:01
Bakıda 25 ildən artıq işləyən liftlər DƏYİŞDİRİLİR RƏSMİ
11 İyun 2026 09:00
Baxış sayı:184
Bu xəbər 11 Sentyabr 2026 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















