İşləyənlərin maaşından bu qədər vəsait tutulacaq KONKRET
Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İşə gecikməyə görə işçinin maaşından vəsait tutulmasının qanunvericiliyə uyğun olub-olmaması məsələsi tez-tez müzakirə edilir. Maraqlıdır, işə gecikməyə görə işçinin maaşından tutula bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Ramil Süleymanov bildirib ki, işçinin işə gecikməsi halında ilk növbədə ona xəbərdarlıq edilməlidir. Onun sözlərinə görə, növbəti mərhələdə işçiyə töhmət verilə bilər.
Hüquqşünas qeyd edib ki, işçiyə gecikməyə görə hər hansı cərimənin tətbiq edilməsi və ya maaşından tutulma yalnız müəyyən şərtlər daxilində mümkündür:
“Əgər işçiyə gecikməyə görə cərimə verilməsi və ya hər hansı formada cərimə ödənişinin tələb olunması müəssisə rəhbərliyi ilə həmkarlar ittifaqı arasında bağlanmış kollektiv sazişdə öz əksini tapıbsa, bu halda cərimənin tətbiqi mümkündür”.
Ramil Süleymanov vurğulayıb ki, belə bir kollektiv saziş mövcud olmadığı təqdirdə işçiyə cərimə yazılması qanunsuzdur:
“Bu məsələ ilə bağlı yalnız daxili əmr verilməsi əsassız hesab olunur və hüquqi qüvvəyə malik deyil”.
Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən işçilərin əmək hüquqları qorunur və işəgötürənlər yalnız qanunla müəyyən edilmiş qaydalar çərçivəsində intizam tənbehi tədbirləri görə bilərlər.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 15 Dekabr 2025 13:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur








Günün ən çox oxunanları



















