İsmail Kartal: “Məyusuq”
Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda “Slaviya” ilə keçirilən oyundan (2:2) sonra fikirlərini bölüşüb.
QOL.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mütəxəssis komandasının çıxışını dəyərləndirib. O, futbolçularının mübarizəsindən razı qaldığını, lakin son dəqiqələrdə qapılarında qol görmələrinin məyusluq yaratdığını bildirib:
“Matça çox yaxşı başladıq. 2:0 hesabı ilə önə keçdik və daha fərqli hesabla qalib gələ bilərdik. Çempionlar iqası səviyyəsində çox yaxşı mübarizə apardıq. Bu baxımdan futbolçularımı təbrik edirəm.
Son dəqiqədə qol buraxdıq. Buna görə çox məyusuq, amma futbol belədir. Oyunçular əllərindən gələni etdilər. İstənilən komandaya çətin anlar yaşada biləcək gücdəyik. Çox yaxşı mübarizə apardıq, bəzi məqamlarda yaxşı oynadıq. Son dəqiqədə buraxdığımız qoldan sonra azarkeşlərimizi sevindirə bilmədiyimizə görə kədərliyik”.
İsmail Kartal qarşıdakı “Qalatasaray”la derbi barədə də danışıb. Baş məşqçi “Slaviya” ilə oyunun artıq geridə qaldığını və komandasının növbəti qarşılaşmaya hazırlaşacağını söyləyib.
Baş məşqçi azarkeşlərin istefa şüarlarına da münasibət bildirib: "Azarkeşlər "istefa" deyə qışqırırdılar. Mən də buna görə kədərliyəm. Kaş ki, belə hal baş verməsəydi, amma oldu. Bunlar futbolun bir hissəsidir. Dediyim kimi, indi irəliyə baxırıq. Qarşıda çox vacib oyunlarımız var. Ümid edirik ki, yaxşı nəticələrlə azarkeşlərimizlə yenidən barışacağıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 21 Oktyabr 2026 08:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















