İsmayıl Abiyev və Yusuf Novruzov yüksək vəzifəyə TƏYİN EDİLDİLƏR
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Sumqayıt şəhər prokurorunun müavini İsmayıl Abiyev Siyəzən rayon prokuroru vəzifəsinə təyin edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.
2008-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan İsmayıl Abiyev əvvəllər Bakı şəhərinin Yasamal və Nərimanov rayon prokurorluqlarında müstəntiq, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsində, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində, habelə Bakı şəhər prokurorluğunda idarə və şöbə prokuroru vəzifələrində işləyib.
Baş Prokurorun digər əmrilə Yusuf Novruzov Sumqayıt şəhər prokurorunun müavini vəzifəsinə təyin edilib.
2011-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Yusuf Novruzov əvvəllər Qaradağ rayon prokurorluğunun müstəntiqi, Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin Kriminalistika şöbəsinin prokuroru vəzifələrində işləyib.
Bu təyinata qədər Yusuf Novruzov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin prokuroru vəzifəsində işləyib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 24 Yanvar 2025 14:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















